Azərbaycanda vəzifəli şəxsin narkotik plantasiyası aşkarlandı - FOTO

Azərbaycanda vəzifəli şəxsin narkotik plantasiyası aşkarlandı - FOTO
 Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası aşkarlanıb.

Sfera.az report-a istinadən xəbər verir ki, plantasiya Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının bu gün rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkar edilib. 

Məlum olub ki, plantasiya rayon Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsusdur. 

"Report"un Qərb Mərkəzinin əməkdaşlarının əldə etdiyi məlumata görə, rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib. 

Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.

Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Polkovnik-leytenant vəfat etdi - FOTO

  Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və "Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cə...

SON DƏQİQƏ! Azərbaycanlı dünya çempionu 22 yaşında vəfat etdi FOTOLAR

 Azərbaycan idmanına itki üz verib.   "Report"un məlumatına görə, dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülaliyev vəfat edib. ...

SON DƏQİQƏ! Azərbaycanda daha bir həkim koronavirusdan öldü — FOTO

 Astaranın məşhur həkimlərindən biri, cərrah Kamil Əliyev COVID-19-un qurbanı olub.   Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, 48 yaşlı tib...

Yas mərasimi keçirmək istəyən şəxslər cərimələndi - FOTOLAR

 İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mət...

Nişan mərasimi edənlər saxlanıldı - Bəy cərimələndi -FOTOLAR

  İyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən "Sərin Göl” restoranında nişan mərasimin keçirilməsi barədə məlumat daxil olub. ...

Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

 Bu gün daha bir tibb işçisi koronavirusdan vəfat edib.  Sfera.az xəbr verir ki, Sumqayıt şəhər xəstəxanasının həkim reanimatoloqu Fərman Süleym...