Azərbaycanda veteran futbolçu vəfat etdi

Azərbaycanda veteran futbolçu vəfat etdi
Azərbaycanlı veteran futbolçu Hikmət Nəsirov dünyasını dəyişib.

Sfera.az "Turan Tovuz" klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, sabiq məşqçi 56 yaşında vəfat edib.

Klubdan verilən məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budak Nəsirovun atasıdır.


OXŞAR XƏBƏRLƏR