Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM ADDIM - VİDEO

Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM ADDIM - VİDEO
Unun və çörəyin qiymətinin süni şəkildə artırılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Ekspertlər hesab edir ki, aidiyyatı dövlət qurumlarının apardığı monitoriqnlər öz təsirini göstərməkdədir.Əks halda bazarda möhtəkirliyin yaranması qiymət artımını qaçılmaz edərdi.
 
İstehlak bazarına nəzarət edilərək, möhtəkirlik hallarının qarşısı alınır.
 
Un və çörəyin qiymətinin süni olaraq bahalaşmaması üçün bütün qabaqlayıcı tədbirlər görülür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib.
 
Preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə məlumat verilib.Ekspertlər hesab edir ki, mövcud vəziyyətdə nəzarət təbirlərinin davamlı aparılmasına ehtiyac var.
 
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, haqsız rəqabət, bazar sövdələşməsinin qarşısını almaq üçün aparılan ciddi monitorinqlər bütün ölkəni əhatə edir..Bu isə öz növbəsində hər hansısa bir regionda möhtəkirliyin yaranmasının qarşısını alır.
 
Qeyd edək ki, hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik nəzarət edilir. 

Sfera.az Xəzər tv-nin hazırladığı sujeti təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Pənah Hüseyn və Tofiq Abbasov efirdəki davadan danışdılar - Kim peşmandır?

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar. Davaya səbə...

Sürücülərin NƏZƏRİNƏ! - 800 manat cərimə oluna bilərsiniz - VİDEO

Bakıda bəzi sürücülər edilən xəbərdarllıqlara baxmayaraq dayanma-durma qaydalarını kobud şəkildə pozurlar. Sfera.az xəbər verir ki, sürücülər cərimələnməm...

Metrodan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Bakı Metropoliteni daha 4 qatar alıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı ...

Sürücülərə müjdə: Bu cərimələri ləğv etdirə bilərsiniz - VİDEO

İndi əsas müzakirə mövzularından biri Bakı Nəqliyyat Agentliyininin yazdığı cərimələrin aqibətidir. Cəriməsi olan sürücülər hansı halda onu ödəməyə bilər? Qanun...

Bakıda uşağa verilən dərman görün nə çıxdı - Nazirlik hərəkətə keçdi - VİDEO

12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb. Bu, həmin uşağın nənəsinin iddiasıdır. Sfera.az xəbər verir ki, Şövkət Məmmədova "Xə...

Bu şəxslərin NƏZƏRİNƏ! - Fevralın 15-dən... - VİDEO

Buster dozanın vurulması üçün verilən son tarixə 3 gün qalıb. Sfera.az  xəbər verir ki, fevralın 15-dən etibarən buster doza vaksin olunmayanların va...