AKTUAL

AZƏRBAYCANDA TOYLARA MÜVƏQQƏTİ QADAĞA – Koronavirusa görə

AZƏRBAYCANDA TOYLARA MÜVƏQQƏTİ QADAĞA – Koronavirusa görə
 

"Adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir".

 

 

Sfera.az bildirir ki,  bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahının yaydığı açıqlamada deyilir.

"Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq", - açıqlamada bildirilib.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031