Azərbaycanda toy etmək istəyənlərin diqqətinə - Deputat Açıqladı

Azərbaycanda toy etmək istəyənlərin diqqətinə - Deputat Açıqladı
 

Xəbər verdiyimiz bu gündən etibarən metronun fəaliyyəti başladı. Mayın 11-dən sonra növbəti yumşalmada restoranların və şadlıq sarayların fəaliyyətinə icazə verilə bilərmi?


Bununla bağlı sonxebere danışan deputat Fazil Mustafa bildirib ki, növbəti yumşalmalarda restoranların fəaliyyətinə icazə veriləcək: "Metro məsələsini bir neçə gün öncə qaldırmışdıq. Çünki avtobuslara daha çox yük düşür. Əlbəttə, metrodan istifadə edənlərdən tibbi maska taxması tələb olunmalıdır. Elə də oldu. Qoruyucu tibbi maska taxmadan kiminsə metroya daxil olmasına icazə verilmir. Düşünürəm ki, metronun açılması ilə vətəndaşların iş yerlərinə çatması asanlaşdı. Düşünürəm ki, növbəti yumşalmada sərt tələblər qoymaqla restoranlar da açıla bilər. 3-4 nəfərdən artıq oturmasına icazə verməmək şərti ilə restoranların fəaliyyətinə icazə verilə bilər. Hesab edirəm ki, restoranlarda maska taxıb yemək yemək mümkün deyil. Amma bütün hallarda sanitar təhlükəsizlik qaydalara riyaət etmək olunmalıdır. Ən önəmlisi isə vaxt məhdudiyyəti də qoyula bilər. Hər halda bunu addım-addım etmək olar. Vətəndaşı da başa düşmək lazımdır. Yaz gəlib. İnsanlar psixoloji sarsıntılar içində qala bilməz. Amma əvvəlki kimi toyların keçirilməsinə icazə vermək dügün olmazdı. Çünki bizdə toylar koronavirusun yayılma mənbəyi ola bilərdi. Ona görə də bu məsələdə risk etmək olmaz. Amma vətəndaş razılaşsa, toy məsələsi yüngülləşdirilə bilər. Belə ki, kiçik banket zallarında və ya sosial məsafə qorunmaqla 20-30 nəfərdən çox olmamaq şərti ilə toylara icazə verilə bilər. Hətta təklif edirəm ki, gəlin və bəyin adına hesab açılsın. Qohumlar və yaxınlar hansı tərəfə dəstək vermək istəyirsə, o hesaba pul köçürə bilər. Məcbur deyil ki, o toyda iştirak etsin. Qohumlar virtual olaraq da toya qatıla bilərlər. Belə daha məqsədə uyğun olar. Koronavirus təhlükəsi aradan qaldırılandan sonra insanlar normal toylarını keçirə bilər".


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...