No Image
No Image

Azərbaycanda təmtəraqlı toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək? - KOMİTƏ SƏDRİ AÇIQLADI

Azərbaycanda təmtəraqlı toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək? - KOMİTƏ SƏDRİ AÇIQLADI
Toy, əyləncə və şənlik məclislərinin keçirilməsinə qoyulan qadağanın davam etməsi ölkədə böyük bir kütlənin çətinliklə üzləşməsi ilə nəticələnib.

Sfera.az  xəbər verir ki, bu sektordan bir çox xidmət sahəsinin işçiləri ciddi şəkildə təsirlənib.

Karantin dövründə toyların keçirilməsinə icazəni gözləməyən və rəsmi nikaha daxil olan cütlüklər də az deyil. Hazırda Azərbaycanda koronavirusa yoluxma halları getdikcə azalır və yumşaldılmalara gedilir. Digər tərəfdən ölkədə vaksinasiyaya da start verilib.

Bütün bunların fonunda toy və yas mərasimlərinin keçirilməsinə icazə gözlənilirmi? Qadağananın götürülməsi nə vaxt baş verə bilər?

Bu sualı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev cavablandırıb: "Hesab edirəm ki, yaxın iki ayda toylar və digər şənliklərin və insanların bir yerə toplaşması ilə müşayiət olunan tədbirlərin keçirilməsi ilə bağlı fikir söyləmək çox tez olar.

Aprelin birinə kimi ölkədə karantin rejimidir. Vaksinasiya prosesi də artıq ölkədə başlayıb və yaxşı effekt də verəcək. Virusun üçüncü dalğası olmazsa, yoluxmalar iki rəqəmli həddə düşərsə, hər hansı bir şəkildə toyların və şənliklərin bərpa olunmasından söhbət gedə bilər.

Fikrimcə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsi əsasında toylar, nişanlar və digər şənliklərin keçirilməsi ilə bağlı bir təlimatın da imzalanması yaxşı olardı. Əvvəlki qaydada 5-6 saat davam edən və 500-800 nəfərin toplaşdığı məclislərlə bağlı, yəqin ki, danışmalı olmayacağıq.

Hesab edirəm ki, qısa müddət ərzində 50-60 nəfərin toplaşdığı tədbirləri isə apreldən sonra keçirmək olar.

Azərbaycanda vaksinasiya prosesi başlayıb və vaksinləşən insanların immunitetinin yaranması üçün təxminən 40 günə qədər vaxt lazım olacaq. Bu da təxminən mart ayının ortaları və sonuna gəlib çıxacaq. Təxminən eyni vaxtda, aprelin 1-nə qədər karantin rejimi davam edir".
 
(baku.ws)


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətəndaşlar yenidən hərbi təlimlərə çağırılır? - RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vəzifəlilərə zənglər edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bi...

Yoluxanların sayı 300-ü keçdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az  xəb...

Agentlikdən müzakirələrə səbəb olan reklamla bağlı - AÇIQLAMA

Ağ Şəhər ərazisində olduğu iddia edilən "Yalnız ağ adamlar üçün” yazısı olan reklam lövhəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sfera.az xəbər ver...

Azərbaycanda yenidən qapanma olacaq? - İki həftədən sonra...

"Biz vaksinasiya prosesində davam edən uğurları bir qədər də artırmaqla tədricən mərhələli şəkildə həm toy və yas mərasimləri, həm də ictimai nəqliyyatda açılım...

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.  Sfera.az xəbər verir ki, bu barədə sosia...

Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-...