\"Azərbaycanda təhsil müəssisələrinə \"halal internet\" verilir - Ekspert

\
"Azərbaycanda məktəblərə və evlərə verilən internet kəskin fərqlidir. Bütün təhsil müəssisələrinə verilən internet "halal internet"dir, yəni təhsil üçün olan trafik süzgəcdən keçirilir”.
 
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O bildirib ki, bu trafikdə uşaqlar üçün zərərli ola biləcək infromasiyalar minimuma endirilib.

Ekspert  uşaqları internetdəki zərərli informasiyalardan qorumaq yolundan söz açıb:

"2019-cu ildə Telekommunikasiya haqqında qanuna "Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun tətbiqi ilə bağlı dəyişiklik edilib və abunəçilərin hüququ ilə bağlı yeni bənd əlavə edilib: "34.1.2-1. uşaqların zərərli informasiyadan qorunması üçün texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə müvafiq tədbirlər görülməsini tələb etmək”. Yəni anlaşıqlı desək, əgər evdə azyaşlı uşaq varsa,  valideyn provayderdən " halal internet" xidməti tələb edə bilər”.

O.Gündüzün sözlərinə görə, müəyyən işlərin görülməsinə rəğmən, ötən ildən qüvvədə olan "Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun tələblərinin icrası istiqamətində atılan addımlar yetərli deyil.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...