Azərbaycanda sirli evdə görün nələr baş verir

Azərbaycanda sirli evdə görün nələr baş verir
Qaxın İlisu kəndindəki sirli yazı görənlərin marağına səbəb olur. Hasardakı daşın üzərində olan yazı adi halda görünmür.

Yalnız daşın üzərinə su töküldükdə üzə çıxır. Boya ilə yazılan və 140 ilə yaxın yaşı olan ərəbcə cümləni oxumağa da illər sərf olunub. 

Adi halda daşın üzərində heç nə görünmür. Üzərinə su töküldükdə isə ərəbcə yazılar üzə çıxır.

Sfera.az xəbər verir ki, kadrlar Qaxın İlisu kəndində lentə alınıb. 

Ev sahibi, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayevin sözlərinə görə, həm evin, həm də daşın üzərindəki sirli yazının 140 ilə yaxın yaşı var.

Yazı xüsusi boya ilə hərəkəsiz şəkildə, nöqtəli ərəb hərfləri ilə yazılıb. Xəttatlıqdan istifadə edilərək xüsusi üslubda daşa həkk olunub. Yəni sözlər xüsusi nizamla və iç-içə düzülüb. Bu səbəbdən də sözlərin oxunması çətinləşib və onu oxuya bilən olmayıb. 
Bir neçə gün əvvəl isə Milli Elmlər Akademiyasının əməkdaşları araşdırma apararaq yazını oxuya biliblər. 

Ev sahibi də yazıları bir neçə il əvvəl təsadüf nəticəsində, yağıntılı havada yağış damcılarının divara düşməsi zamanı görüb. (xezerxeber)

OXŞAR XƏBƏRLƏR