Azərbaycanda PUA hazırlanacaq - “GÖZ – N1”

Azərbaycanda PUA hazırlanacaq - “GÖZ – N1”
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi məqsədilə biznes inkubasiya fəaliyyəti həyata keçirilir.

YT Parkdan Sfera.az-a bildirilib ki, biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi keçirilib.

Əsas məqsəd ideya mərhələsində olan startapları prototip hazırlamaq səviyyəsinə çatdırmaq və bazarda investor axtarışına dəstək göstərmək olub. Müsabiqədə qalib olan layihənin rəhbərinə inkubator rezidenti olmaq imkanı və bu layihənin prototip xərclərinin qarşılanması təminatı verilib.

Müsabiqənin nəticələrinə əsasən, müstəqil layihə rəhbəri Nadir Babaxanovun "GÖZ – N1” pilotsuz uçan aparat (PUA) layihəsi qalib olub.

Dron sənayesində yeni bir istiqamət təşkil edən "GÖZ – N1” layihəsi kompakt, istifadəsi asan və tamamilə modul olması ilə fərqlənir. İstənilən hava şəraitində istifadə olunması isə onu digər PUA-lardan daha üstün edəcəkdir. Video və idarəetmə paneli üçün xüsusi olaraq hazırlanmış sistem və proqram təminatı tapşırıqdan asılı olaraq kamera və idarəetmə panelini dəyişdirməyə imkan verəcəkdir.

"GÖZ – N1”in xüsusi forması və aerodinamika ilə onu istənilən ərazidə 30 saniyəyə uçuş vəziyyətinə gətirmək mümkün olacaq. Dronun kompakt ölçüsü daşınma zamanı heç bir çətinlik yaratmayacaq.

Yığılmış formada 330 x 120 mm, açıq formada 330 x 360 mm ölçülərə malik, çəkisi 2,5 kq təşkil edən bu dron tapşırıqdan asılı olaraq 3-10 km məsafəyə 4700 m yüksəklikdə 45– 55 dəqiqə ərzində 25 m/s uçuş sürəti ilə hərəkət etmək imkanına malik olacaq.

"GÖZ – N1”dən hərbi sənayedə kəşfiyyat, təkrarlayıcı (retranslyator), kamikadze kimi istifadə etmək, düşmənin yerləşdiyi artilleriya və ya bölüklərin dəqiq koordinatlarını tapmaq malik olacaq.

Fövqəladə hallar zamanı kompaktlığı və istənilən ərazidə uçma qabiliyyəti sayəsində bu dron sürət və effektivlik baxımından əvəzolunmaz keyfiyyətlərə malik olacaqdır. Keçməyin çətin olduğu yerlərdə və işçilərin təhlükəsizliyi üçün xüsusi yanğın söndürən maddədən istifadə etmək olar. O, dağlıq ərazilərdə və zəlzələ zamanı dağılmış yerlərdə xilasetmə qrupu üçün koordinat işarəsi kimi istifadə oluna bilər.

Geologiya və zoologiya sahəsində isə geoloqlar bu dronu qazıntılar üzərində uçmaq və ümumi foto və video çəkilişlər aparmaq üçün istifadə edə bilərlər. Zooloqlar heyvanları asanlıqla müşahidə etmək üçün dronun kamerasını canlıya tərəf yönəldərək "izlə” əmrindən istifadə edə bilər.

Mühafizə məqsədilə "GÖZ – N1” ərazidə geniş əhatə dairəsi olan təhlükəsizlik kamerası funksiyasını yerinə yetirə bilər. Tədbirlərdə havadan müşahidə ilə təhlükəsizliyi təmin etmək üçün, eləcə də istənilən şəraitdə cinayətkarların təqib olunması məqsədilə istifadəyə olduqca yararlı olacaqdır.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...