Azərbaycanda peyvənd yaşı 3-ə endirilir? - VACİB AÇIQLAMA

Azərbaycanda peyvənd yaşı 3-ə endirilir? - VACİB AÇIQLAMA
Çinin bir neçə əyalətində 3-11 yaş aralığında uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılacaq. Məlumata əsasən, uşaqlara ən azı üç həftə ara ilə Çinin "Sinopharm” və "Sinovac” şirkətlərinin istehsal etdiyi vaksinlərin iki dozası vurulacaq. Artıq dünyanın bir sıra ölkələrində də vaksinasiya ilə bağlı yaş həddi endirilib.
 
Bu baxımdan maraqlıdır, Azərbaycanda da peyvənd yaşı endirilə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim infeksionist Nicat Əzimli qeyd edib ki, vaksinasiyada yaş həddinin endirilməsi anlaşılandır:

"Çünki, elə öz ölkəmizdə son həftələrdə bir neçə uşaqda COVİD-19 etiologiyalı ölümlərin şahidi olduq. Pandemiyanın əvvəlki dövrlərində bu halları müşahidə etmirdik. Lakin sonuncu mutant variantların aşağı yaş qruplarında da ağırlaşmalar törətməsi, hər kəsi düşünməyə vadar edir”.

Müsahibimizin sözlərinə görə, mövcud duruma qarşı iki mübarizə vasitəsi var:

"Biri vaksin, digəri uşaqlarda istifadə oluna biləcək effektiv dərman vasitəsidir. İkinci hazırda yoxdur. Vaksinasiya isə mümkündür. Təbii ki, könüllülük prinsipi qorunaraq, buna şərait yaradılmasında fayda olduğunu düşünürəm”.

Qeyd edək ki, Çində bu günə qədər 12 yaş və ondan yuxarı uşaqların peyvənd olunmasına icazə verilirdi. Azərbaycanda isə hazırda  12-15 yaşlı yeniyetmələrə vaksin vurulur.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Bu ölkə vaksinlənməsə, pandemiya bitməyəcək" - Professordan AÇIQLAMA

Peyvənd əldə edə bilməyən Cənubi Afrika, Hindistan və Braziliya kimi ölkələrdə yeni mutasiyaların ortaya çıxması təsadüfi deyil. Sfera.az xəbər verir ki...

Səhiyyə Nazirliyi və TƏBİB-dən əhaliyə “Omikron”la bağlı XƏBƏRDARLIQ

"Koronavirus infeksiyasının yeni mutasiya olan "Omikron” variantın inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlə...

Professordan koronavirus ştamları ilə bağlı VACİB AÇIQLAMA: Yaxın 10 ildə..."

Artıq bir neçə gündür ki, COVID-19-un yeni ştamı ilə bağlı məlumatlar yayılır, dünya ölkələri qapanmalara gedir. Sözügedən yeni növün digərlərinə nisbətən, daha...

Koronavirus vaksininin qoruyuculuq müddəti bəlli oldu – AÇIQLAMA

"BioNTech” şirkətinin qurucularından olan professor Uğur Şahin yeni araşdırmanın nəticələrinə görə,  COVID-19 peyvəndlərinin 9 aya qədər qoruma təmin et...

Bill Qeytsdən pandemiyanın bitəcəyi tarixlə bağlı AÇIQLAMA

2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirusla bağlı sevindirici xəbər Bill Qeytsdən gəlib. Sfera.az xəbər verir ki,  dünyanı CO...

“Bu, müstəqillik dövrünün ən böyük səhiyyə xərcləridir” – Əhliman Əmiraslanov

"İcbari tibbi sığorta zərfində olan xidmətlərin sayını 2022-ci ildə iki dəfə artırsaq, əhali üçün daha yaxşı olar". Sfera.az xəbər verir ki, bu təkliflə...