Azərbaycanda onlayn dələduzluq və kibertəhdidlərə qarşı mübarizə gücləndirildi

Azərbaycanda onlayn dələduzluq və kibertəhdidlərə qarşı mübarizə gücləndirildi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yaradılan "Blacklist.gov.az" layihəsinin yeni təkmilləşdirilmiş və daha funksional versiyası istifadəyə verilib.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən Sfera.az-a verilən məlumata görə, layihənin məqsədi ölkədə son zamanlar artan onlayn dələduzluq və kibertəhdidlərə qarşı mübarizəni gücləndirmək, kiberdələduzluq və kibertəhücumlarda istifadə olunan domen adlarını toplamaqla ifşa etmək, eləcə də sistemə inteqrasiya edilmiş veb-bələdçilər üçün qoruyucu genişlənmə ("extension"), API inteqrasiya imkanları vasitəsi ilə internet istifadəçilərini qorumaqdır.

Üç dildə (Azərbaycan, ingilis, rus) istifadəyə verilən "Blacklist.gov.az" layihəsində bir sıra yeniliklər təqdim olunub.
Belə ki, yeni versiyaya "Google Chrome" və "Microsoft Edge" veb-bələdçilər üçün qoruyucu genişlənmə ("extension"), API inteqrasiya imkanı, qara siyahının birbaşa Əməliyyat Sisteminə ("hosts" faylı) və şəbəkə perimetrinin müdafiəsi üçün nəzərdə tutulmuş avadanlıqlara inteqrasiyası və s. kimi funksionallıqlar əlavə olunub.
Həmçinin, internet istifadəçilərinə də onlar tərəfindən özlərinin aşkarladıqları zərərverici və ya dələduzluq məqsədi üçün istifadə olunan resursların sistemə daxil edə bilməsi üçün funksionallıq aktivləşdirilib. Bu yanaşma istifadəçilərdən toplanacaq zərərli keçidlər "bloklist" bazasında toplanacaq və yuxarıda göstərilən "extension" və "APİ" imkanları istifadə edilən bütün internet istifadəçilərində avtomatik olaraq həmin zərərli domenlərə keçidlər bloklanacaq. Bu da öz növbəsində ictimai əsaslarla layihənin inkişaf etdirilməsi yolu ilə istifadəçilərin mümkün təhdidlərdən qorunmasına öz töhfəsini verəcək.

OXŞAR XƏBƏRLƏR