Azərbaycanda koronavirusa yoluxmanın sürətlə yayıldığı ƏRAZİLƏR - VİDEO

Azərbaycanda koronavirusa yoluxmanın sürətlə yayıldığı ƏRAZİLƏR -  VİDEO
 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən açıqlamada, son günlər koronavirusa yoluxanların çox olduğu ərazilər sırasında Lənkəran rayonunun Boladı, Şağlaser, Separadi, Vilvan və Şiləvar kəndlərinin də adları çəkilir. Bu səbəbdən həmin kəndlərdə polis postları saxlanıb.

Sfera.az xezerxeber.az-a istinadla xəbər verir ki, eyni zamanda vətəndaşların sosial izolyasiya tədbirlərinə riayət etmələri ilə bağlı polis əməkdaşları və mobil qrupların üzvləri profilaktik söhbətlər aparırlar.

Bununla yanaşı, sözügedən ərazilərdə küçələr xüsusi məhlulla dezinfeksiya olunur. Sakinlər onların sağlamlığının qorunması üçün həyata keçirilən bu tədbirlərə görə minnətdarlıqlarını ifadə edirlər.

Qeyd edək ki, Lənkəran rayonunun giriş hissələrindəki bütün postlar hələ də qalmaqdadır. Bununla yanaşı, TƏBİB tərəfindən yoluxmanın daha çox olduğu yaşayış məntəqələrinin sakinlərindən nümunələr götürülür.



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...