Azərbaycanda koronavirus testləri evdə ediləcək - AÇIQLAMA

Azərbaycanda koronavirus testləri evdə ediləcək - AÇIQLAMA
 
Təcili tibbi yardım həkimləri evlərdə koronavirusla bağlı testlər edəcək.

Bu barədə pediatr Vaqif Qarayev sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, kimsə özündə hərarət, zökəm, öskürək və sair kimi respirator əlamətlər hiss edərsə, təcili tibbi yardıma çağırış edə bilər:

"Söhbət yalnız koronavirusdan getmir. Adi mövsümi qriplərdən əziyyət çəkirsinizsə və həkimə getməkdən ehtiyat edirsinizsə, evə çağırış edə bilərsiniz. Testin cavabı altı saat müddətinə hazır olur”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər kəsdən analiz götürülməyəcək:

"Özündə xəstəlik əlamətləri hiss edən şəxslər evdən kənara çıxmadan Bakı daxili "103”, paytaxtdan kənarda isə "113” təcili tibbi yardım stansiyasına zəng etməlidirlər. Virusun simptomları müşahidə olunan şəxslərdən evdə yaxma götürüləcək.

Sonra isə laboratoriya şəraitində analizlər yoxlanılacaq. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında da qeyd edilib ki, virusun yayılmasının qarşısının alınması üçün görülmüş tədbirlərdən biri olaraq, vətəndaş olduğu yerdən çıxmadan təcili tibbi yardıma zəng vurmalıdır. Koronavirus pandemiyası üçün analizlər dövlətin müəyyənləşdirdiyi konkret laboratoriyalarda aparılır”.

R.Əliyeva deyib ki, təcili tibbi yardıma saxta məlumat verən şəxslər məsuliyyətə cəlb ediləcəklər.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...