"Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 5 dəfə azdır" - Ekspert

"Azərbaycan internetin sürətinə görə reytinq cədvəlində 167-ci yeri tutub".
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

İT üzrə mütəxəssis internetin dünya üzrə orta sürətinin təxminən 30 Mb/san olduğunu deyərək, Azərbaycanda internet sürətinin 6.6 Mbit/s olduğunu bildirib:

"Britaniyann nüfuzlu Cable (cable.co.uk) qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb.
Cable təşkilatı 2020-2021-ci illəri əhatə edən 12 ay ərzində ( 2021-ci ilin iyun ayınadək) 224 ölkə arasında internetin sürətilə bağlı aparılan milyonlarla test nəticəsində əldə olunan statistikaya əsasən reytinq cədvəli hazırlayıb. Cari ilin reytinq cədvəlində Azərbaycan 167-ci yeri qazanıb. Bu reytinq cədvəlinə görə Azərbaycanda əldə olunan orta sürət 6.6 Mbit/s olub. Dərhal qeyd etmək istərdim ki, Azərbaycanın əldə etdiyi nəticə potensial imkanlarımız baxımından  xoşagələn bir göstərici deyil. Reytinq cədvəlinə görə bu göstərici qonşu ölkələr içərisində də yetərincə aşağı nəticədir".

Ekspert hələ ötən il internet sürətinin 20 Mbit/s-ə çatdırılmalı olduğunnu bildirib:

"Düşünmək olar ki, ölkənin əsas provayderləri olan Baktelekom və Aztelekom dövlət provayderlərinin müştərilərinin böyük əksəriyyəti 1-2 Mbit/s internet xidməti əldə etməsi də bu cür nəticə üçün əsas olub.

2021-ci ildə dünya üzrə orta sürət təxminən 30 Mb/san olub. Ölkələr arasında ən yüksək sürət 270 Mbit/s, ən aşağı sürət 0.5 Mbit/s olub. 
Xatırlayıram ki, 2019-cu ildə bu qurumun reytinq cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutmuşdu. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub. 

Cable-in  Reytinq Cədvəllərinə görə son illərdə Azərbaycan internetin sürətinə görə  xeyli geriləyib. Strateji Yol Xəritəsinə görə Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıydı". 

Əzizə Zeynal
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Google" Azərbaycana jest etmir, aldanmayın! – ŞƏRH

"Müstəqilliyimizin Bərpası Günü" ilə bağlı olaraq" "Google" axtarış platformasında çıxan hərəkətli görüntü (Doodle) yalnız Azərbaycandan olan istifadəçilər üçün...

“Google” Müstəqilliyin Bərpası Gününə dudl həsr etdi - FOTO

"Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazır...

Rusiyada robotlar restoranlar, hava limanları və məktəblərdə işə götürüləcək

Rusiyanın paytaxtı Moskvada, eləcə də Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd edilmiş QR kodlarını və ondan sağalanları yo...

Dələduzlar bu vasitə ilə bankdan 35 milyon dollar oğurladı

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bank əməkdaşını aldada biliblər. Sf...

“Mobil məhkəmə” nə zaman tətbiq ediləcək? – AÇIQLAMA

"Müasir qlobal çağırışlar, Pandemiya ilə əlaqəli vəziyyət tələb edir ki , məhkəmələr onlayn mühitdə də işləməyə hazır olmalıdır”.   Sfera.az xəbər ver...

Evdə “Wi-Fi”ın sürətini artırmağın üsulu açıqlandı - VİDEO

@top.comp ləqəbli rusiyalı bloqer evdə "Wi-Fi”-ın sürətini artırmağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bunun üçün marşrutlaşdırıcı (router) parametrlərind...