Azərbaycanda həkimlərdən şokedici ETİRAF: Koronavirusa qarşı dərmanlar artıq effekt vermir

Azərbaycanda həkimlərdən şokedici ETİRAF: Koronavirusa qarşı dərmanlar artıq effekt vermir
"Payızda insanlar xəstələndikdən sonra tədricən ağırlaşırdılarsa, hazırda ağırlaşma xəstələrdə ilk həftədən qeydə alınır. Həmçinin müalicələr payızda aparılan müalicələr qədər effekt vermir".

Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə edilən dərman preparatlarının bəziləri artıq effekt vermir. Sfera.az bildirir ki, bu barədə sosial şəbəkələrdə həkimlər məlumat paylaşıblar.
 
Həkim Aqil Axundov bildirir ki, koronavirus xəstələrinin müalicəsində TƏBİB-in müalicə protokolundan kənara çıxa bilmirlər. 

Protokolda qeyd olunan dərman preparatlarının effekt verib-verməməsindən asılı olamayaraq həmin dərmanları xəstələrin müalicəsində tətbiq etməyə məcburdurlar:
 
"TƏBİB-in protokolu budur. Başqasını yazsınlar, onu edək. Tutaq ki, müalicə etdiyim xəstədə protokoldan kənara çıxdım və bu zaman xəstənin başına bir iş gəldi. Bu zaman məni məhkəməyə versələr, məhkəmə hansı sənədə əsasən qərar qəbul edəcək? Əlbəttə ki, TƏBİB-in protokoluna əsasən.... Ona görə də biz koronavirus xəstələrinin müalicəsində TƏBİB-in protokolundan kənara çıxa bilmirik".

Həkim bildirir ki, sentyabr ayından dekabra qədər müalicə etdiyi çox xəstələr "Favipiravir" preparatını qəbul ediblər və nəticə əla olub. Amma indi müraciət edən xəstələr bu dərmanı qəbul edirlər, əvvəlki kimi nəticə isə yoxdur. Biz bilmirik, rezistentlik yaranıb, ya ştamm dəyişdiyi üçün dərmanlar əvvəlki kimi effekt vermir", - deyə həkim bildirib.

Bəs görəsən, Britaniya ştammının yayılması ilə əlaqədar müalicə protokolu da dəyişdirilə bilərmi?

Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hava-damcı yolu ilə yayılan virusların müalicə prinsipləri təxminən eynidir. Britaniya ştammı isə COVID-19-un öz mutasiyasıdır:

"Loru dildə desək, Britaniya ştammının da əcdadı elə COVID-dir. Mutasiya onun 100 faiz genomunu dəyişmir. Mutasiya zülalların və amin turşularının quruluşunun dəyişməsidir. İstər Britaniya, istər də Afrika ştammı olsun, burada müalicədə heç bir dəyişiklik yoxdur. Müalicə eyni prinsip üzərində aparılır. Sadəcə olaraq virus mutasiyaya uğrayanda xəstəlik daha aqressiv gedir. Xəstələr tez ağırlaşırlar, saturasiya tez aşağı düşür. Son vaxtlar biz bu əlamətləri xəstələrdə müşahidə edirik".

V.Cavadzadə deyir ki, xəstələrə dərmanlar fərdi seçilməlidir:
 
"Onların klinik laborator göstəricilərinə əsasən dərmanlar təyin olunmalıdır. Virus əleyhinə təsir edən konkret dərman preparatı yoxdur. İnsanlar "Favipiravir" adlı preparatı alıb ev şəraitində qəbul edirlər. Amma hələ indiyədək bu preparatın COVID-19-un müalicəsində effekt verib-vermədiyi elmi cəhətdən sübut olunmayıb. Bu preparatı qəbul edən xəstə bəzən xeyir əvəzinə ziyan görür".

İnfeksionist bildirir ki, payızda insanlar xəstələndikdən sonra tədricən ağırlaşırdılarsa, hazırda ağırlaşma xəstələrdə ilk həftədən qeydə alınır. Həmçinin müalicələr payızda aparılan müalicələr qədər effekt vermir.

O ki qaldı dərmanlarla bağlı məqama, infeksionist bildirir ki, burada selektiv dərman yoxdur:
 
"Xəstəyə düzgün yanaşılmalıdır. Lazımsız dərman yazmaqdan çəkinmək lazımdır. Əgər klinik göstəriş olarsa, hər hansı təyin edilən dərmanın dozasını artırmaq olar. Təəssüf ki, bu gün xəstələrə lazım oldu-olmadı dərmanlar yazırlar. Xəstəni əlavə dərmanlarla yükləmək onun immun sistemini aşağı salır. Bu zaman xəstəlik daha tez ağırlaşır. Hazırda TƏBİB-in müalicə protokolu bütün dünyada tətbiq edilən ən effektiv sayılan müalicədir".

TƏBİB-dən isə bildirilib ki, Britaniya ştammının yayılması ilə əlaqədar müalicə protokolunda dəyişiklik nəzərdə tutulmayıb:
 
"Dünyada da belədir. Bildiyiniz kimi, hələ də koronavirusun təsdiq olunmuş dərmanı yoxdur, dəstək müalicələri ilə xəstəliklə mübarizə aparılır. Hazırda bir neçə virus əleyhinə preparat var ki, onlar müəyyən təsirə malikdir. Və biz də dünyada olduğu kimi, həmin preparatlardan istifadə edirik".
 
/Sputnik Azərbaycan


OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...