Azərbaycanda həkim COVID-19-dan vəfat etdi

Azərbaycanda həkim COVID-19-dan vəfat etdi
Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib.

Sfera.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Babaxan Nəsirov COVID-19-dan dünyasını dəyişib.

O, xəstəxananın travmatologiya şöbəsində çalışırdı.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma halları yenidən artıb. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Belə ki, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb və ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Həmçinin Operativ Qərargah vətəndaşları COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırıb.
(report)

OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz qızıl tozu ilə dolu anbar tapdı - VİDEO

Azərbaycan hərbçiləri Kəlbəcərdə qızıl tozu ilə dolu anbar aşkar ediblər. Sfera.az xəbər verir ki, anbar Kəlbəcər rayonundakı Söyüdlü qızıl yatağında yerl...

Göyçayda vəzifəli şəxs COVİD 19-dan dünyasını dəyişdi

Göyçayda vəzifəli şəxs  dünyasını dəyişib. Sfera.az xəbər verir ki, Göyçayın Məlikənd icra nümayəndəsi İstedad Mahmudov həyatını itirib. Onun k...

Kürdəmirdə karantini pozan restoran sahibi cərimələndi

Kürdəmirdə restoran sahibi karantin qaydalarını ciddi şəkildə pozaraq fəaliyyət göstərdiyinə görə cərimələnib. Sfera.az xəbər verir ki,Kürdəmir rayon Xırd...

Bakıda bələdiyyə sədri koronavirusdan öldü - FOTO

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib. Sfera.az xəbər verir ki, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyi...

Qarabağda hərbi hissədə PARTLAYIŞ - 2 erməni əsgəri ÖLDÜ

Qarabağda ermənilərə məxsus hərbi hissədə partlayış olub. Sfera.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə ötən gün silah-sursat daşınması z...

Azərbaycanda gəlin qayınatası ilə yataqda tutuldu

Azərbaycanda gəlinlə qayınata arasında münasibət olduğu məlum olub. Sfera.az  xəbər verir ki, bu barədə "Space” telekanalında yayımlanan "Gəl, dərdin...