Azərbaycanda daha bir rayonun icra başçısı koronavirusa yoluxdu - FOTO
19:15 / 20.06.2020
6179
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.
Sfera.az axar.az-a istinadən xəbər verir ki, icra başçısının koronavirus testi pozitiv çıxıb.
Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir. Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.
Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.
Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib.