Azərbaycanda cərrah koronavirusdan öldü

Azərbaycanda cərrah koronavirusdan öldü
 

Azərbaycanda koronavirusdan daha 2 nəfər öldü.

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, ölənlər 1949 və 1962-ci il təvəllüdlü şəxslərdir:

"Bu gün vəfat edənlərdən biri Gəncə şəhər xəstəxanasının cərrahı işləyib. O, 30 apreldə Mərkəzi Neftçilər Xəstəxanasına daxil olub və süni nəfəs aparatına qoşulub. Aparılan müalicəyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mərhuma rəhmət diləyir, yaxınlarına başsağlığı veririk”.

Xatırladaq ki, bir neçə gün öncə Gəncədə daha bir həkim koronavirusdan vəfat etmişdi.

Qeyd edək ki, hazırkı dövrədək ölənlərin sayı 46-ya çatıb. Ümumilikdə ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


OXŞAR XƏBƏRLƏR

Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb. &nbs...

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...