Azərbaycanda bu şəxslərin vaksinasiyası məcburi olacaq? – “Ciddi karantin tədbirlərinə keçməliyik”

Azərbaycanda bu şəxslərin vaksinasiyası məcburi olacaq? – “Ciddi karantin tədbirlərinə keçməliyik”
"Say tərkibi çox olan iri təşkilatlarda vaksinasiya tədbiri məcburi olmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda əhalinin peyvəndlənmə prosesində aktiv olmamasına münasibət bildirərkən tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə deyib: "İsraildə peyvəndlənmə könüllüdür, amma bu ölkədə əhalinin 80 faizi artıq vaksinasiya olunub. Nəticədə İsraildə çoxsaylı məhdudiyyətlər götürülüb. Azərbaycanda isə 1,4 milyon, yəni cəmi, 14 faiz insan ümumi vaksinasiyadan keçib. Görünən odur ki, ölkəmizdə insanlar vaksinasiya olunmaq istəmir. Eyni zamanda maska taxmaqdan da qaçmağa çalışır, sərt karantinin də əleyhinə çıxırlar.  Belədə isə könüllülük prinsipi gözlənilən nəticəni vermir”.

Mövcud vəziyyəti nəzərə alan həmsöhbətimiz bütövlükdə deyil, bəzi sahələr üzrə vaksinasiyanın məcburi olmasını dəstəkləyib: "Vaksinasiyanın məcburi olması ilə bağlı səslənən təklifləri müəyyən qədər dəstəkləyirəm. Müəyyən sahələr üzrə proses məcburi olmalıdır. Məsələn, məcburi vaksinasiya müəllimlərə şamil edilməlidir. Müəllimlər şagirdlərlə işləyir və bu zaman kütləvilik yaranır. Habelə səhiyyə sahəsində çalışanlar da məcburi vaksinasiyadan keçməlidirlər. Yəni, say tərkibi çox olan iri təşkilatlarda vaksinasiya tədbiri məcburi olsa daha yaxşı olar”.

Tibb elmləri doktoru Adil Qeybulla də düşünür ki, epidemoloji vəziyyət kəskinləşərsə, vaksinasiya məcburi xarakter almalıdır:"İndi virusun Hindistan ştamı dünyanı ciddi şəkildə təhdid edir.  Bu ölkədə gündə 3 min nəfər ölüm sayı müşahidə edilir. Belə olan halda epidemoloji vəziyyətin pisləşməsi ilə vaksinasiya da məcburi xarakter ala bilər. Azərbaycanda ictimai nəqliyatda, kafe, restoran, çay evlərində karantin qaydalarına ümumiyyətlə əməl etmirlər. Bu ciddi yoluxma  mənbəyidir. Ona görə hesab edirəm ki, daha ciddi karantin tədbirlərinə keçməliyik”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...