Azərbaycanda bitən bu bitki koronavirusun dərmanı ola bilər

Azərbaycanda bitən bu bitki koronavirusun dərmanı ola bilər
Amerikalı alimlər Covid 19-a qarşı təbii və ucuz vasitəni aşkarlayan elmi tədqiqatlarını yekunlaşdırıb.

Sfera.az xəbər verir ki, çöl yovşanı, acı yovşan deyilən dərman bitkisinin yarpaqlarında artemizinin adlı maddə var.

Yarpaqlardan alınmış ekstrakt koronavirusun replikasiyasına üstün gəlir və onu zəiflədir.

Maraqlıdır ki, yovşanın virus əleyhinə təsiri qədim tibbə çoxdan məlumdur və ondan malyariyanın müalicəsində, epidemiyalarda istifadə edilib.

Alimlər tədqiqatda yovşanın 7 növündən istifadə edib. İstənilən növdə koronavirusa qarşı təsir müsbət olur.

Təkcə çoxdan qurudulmuş yovşan yarpaqları virusa təsir etməyib.

"Nəticələr göstərir ki, yarpaqlarda olan aktiv komponent virus infeksiyasını blok edir və hüceyrəyə keçməsinin qarşısını alır " - deyə elmi rəhbər Pamela Uezers bildirib.

Alimlər yovşanın insanlar üzərində klinik sınağını aparmağa hazırlaşır. Əgər nəticələr müsbət olarsa, təhlükəli infeksiya və viruslara qarşı ucuz dərman hazırlanacaq. /medicina.az

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...