Azərbaycanda bir nəfərin onlarla insanı koronavirusa yoluxdurduğu kənddən VİDEOREPORTAJ

Azərbaycanda bir nəfərin onlarla insanı koronavirusa yoluxdurduğu kənddən VİDEOREPORTAJ
 "Sosial məsafələri qoruyun, yaxın təmasdan qaçın” sözləri pandemiya dövrünün ən məşhur tövsiyəsinə çevrilib. Lakin nə xeyri..? Nə tövsiyələr dinlənir, nə də insanlar özlərini qoruyur.  Bu ərəfələr kütləvi toplanış yerlərində yaxın təmas birə-bir təhlükə mənbəyidir. 

Milli mentalitetimizdə sakinlərimiz nə qədər cana yaxın olsalar da, dünyanı cənginə alan bu hücum dövründə gərək bu xüsusiyyətimizdən müvəqqəti də olsa, əl çəkək. Çünki onlar da yasa yığışmışdılar. Dünyadan köçən bir insanı son mənzilə yola salmaq üçün bir araya gəlmişdilər. Nəticəsi isə budur. Baxın, bircə anın içində virus daşıyıcısı olan bir insan başqa şəhərdən yasa gəlir və oradakı xeyli sayda insanı da yoluxdurur. 

Söhbət Kürdəmirin Pirili kəndindən gedir. Bakıdan Kürdəmirə yasa gələn qadın 45 nəfərin koronavirusa yoluxmasına səbəb olub.

Məsələ ilə bağlı, nəinki rayon, ümumrespublika səviyyəsində həyəcan təbili çalınıb. Təəssüflər olsun ki, qısa aralarla bu təbilin səsi artıq ikinci dəfədir eyni məkandan gəlir. Yenə aidiyyəti qurumlar səfərbər olub, yenə hüquq mühafizə orqanları gecə-gündüz demədən nəzarəti artırıb. Kənddə mütamadi olaraq dezinfeksiya işləri aparılır.

Ətraflı Baku TV-nin videosüjetində:


OXŞAR XƏBƏRLƏR

“Koronavirusu simptomsuz keçirənlər daha təhlükəlidir” - Baş infeksionistdən həyəcan təbili - VİDEO

 "Heç bir klinik əlamət qeydə alınmayan, lakin test cavabı müsbət çıxanlar digərləri üçün çox təhlükəlidir. Onlar təcrid olunmalıdırlar. Həmin şəxslər həm ...

Azərbaycanda 18 ailənin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ

 Cəlilabadda 26 nəfərin koronavirusa yoluxduğu Ağdaş kəndi xüsusi nəzarətə götürülüb və hazırda burada ciddi karantin rejimi tətbiq edilir. Sfera.az ...

Abşeronda bir ailənin 6 üzvü koronavirusa yoluxdu - VİDEO

 Abşeronun Qobu qəsəbəsində koronavirusa yoluxanların sayı artıb. Sfera.az baku.tv-yə istinadən xəbər verir ki, qəsəbədə təkcə ötən gün bir ailənin a...

Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü: Boğulurlar - VİDEO

 Koronavirusa yoluxan xəstələr... Xəstəxanalarda ölümlə pəncələşən yaşlılar, qocalar, hətta uşaqlar... Bu xəstəliyin yaşa bağlı olmadığı artıq çoxdan...

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - VİDEO

 Azərbaycanda son günlərdə koronavirusdan ölənlərin sayı artıb. Elə ilk ölüm halı qeydə alınan gündən hər kəsi maraqlandıran məsələ vəfat edən şəxslə...

Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ

 Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tə...