Azərbaycanda bayram günü dəhşətli hadisə - tüfənglə ürəyindən vurdu

Azərbaycanda bayram günü dəhşətli hadisə - tüfənglə ürəyindən vurdu
Şəmkir rayonunda 17 yaşlı çoban intihar edib.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 20-də rayonun Ceyrançöl kəndi ərazisində qeydə alınıb.

2004-cü il təvəllüdlü Vüqar Əhmədov çoban işlədiyi fermada tüfənglə ürəyindən özünə atəş açaraq intihar edib.

İlkin səbəb kimi onun psixoloji problemlərinin olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR