Azərbaycanda banklar dolların alış kursunu niyə artırıb? - AÇIQLAMA

Azərbaycanda banklar dolların alış kursunu niyə artırıb? - AÇIQLAMA
"Bəzi bankların ilin əvvəlindən dolların alış kursunu artırması ilə bağlı sosial şəbəkədə bizə ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, adətən maliyyə ilinin sonunda dollara tələb artması müşahidə olunur. Dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı idi. Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyildi, bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər və bayramlara ilə bağlı olaraq idxala tələb artırdı".

Sfera.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ilin birinci ayı adətən dollara tələb optimal olur: "Amma bankların alış kursunu artırması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib. Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, bzinesdən kənar vayuta tələbi hələlik yüksək deyil.

Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi? Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir. Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə, o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur".

Deputat əlavə edib ki, artıq Mərkəzi Bank yanvar ayının geridə qalan günlərində 2 hərrac təşkil edib: "Yanvarın 6-da keçirilən hərracda 114.1 milyon dollar satılıb. Yanvarın 11-də təşkil olunan hərracda isə tələb 113.1 milyon dollar olub. Yəni, bu ilin ilk 11 günündə Mərkəzi Bank 227.2 milyon dolların satılmasını təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 11 günündə Mərkəzi Bank cəmi 137 milyon dollar satmışdı. Bu isə ondan xəbər verir ki, bu ilin geridə qalan günlərində ötən ilin uyğun dövrü ilə müqayisədə dollara tələb 60.0 faiz artıb.

Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.

Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Avtomobil idxalı niyə artıb? – Ekspert səbəbləri açıqladı

Dövlət Gömrük Komitəsi tərəfindən 2021-ci il ərzində ölkəyə 84 596 nəqliyyat vasitəsinin idxal olunduğu bildirilib. Bu göstərici 2020-ci ildə 49 431-ə bə...

Ən çox bu ərzaqlar BAHALAŞIB - SİYAHI

2021-ci ildə qiymətləri ən çox artan əsas ərzaq məhsullarının adları bəlli olub. Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci i...

Bu baş versə, devalvasiya ola bilər - Azərbaycanı gözləyən TƏHLÜKƏ

Rusiya ilə Ukrayna arasında ehtimal edilən müharibə Azərbaycan üçün böyük iqtisadi risklər yaradır. Mümkün qarşıdurma Azərbaycan iqtisadiyyatında birbaşa yox, g...

Türkiyənin Azərbaycanla imzalayacağı svop anlaşmasının DETALLARI BƏLLİ OLDU

Türkiyənin yaxın həftələrdə Azərbaycanla svop müqaviləsi bağlayacağı gözlənilir.   Sfera.az xəbər ki, bu haqda məlumat "Middle East Eye” saytında yer alı...

Mərkəzi Bank faizləri artırmağa davam edəcək

Azərbaycan Mərkəzi Bankı ötən ilin sentyabrından faiz dərəcələrinı artırır. Faiz dərəcələrinin artırılması qərarına təsir edən əsas amil isə inflyasiya səviyyəs...

Banklar dolları niyə limitlə satır? – “Buna ehtiyac yoxdur…”

Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Hazırda "Brent” markalı neftin bir barreli 88,42 dollara, yüngül neftin bir barreli 86,44 ...