Azərbaycanda avtomobillərə görə yenidən əmlak vergisi alına bilər – Neçə manat?

Azərbaycanda avtomobillərə görə yenidən əmlak vergisi alına bilər – Neçə manat?
Azərbaycan hökuməti qarşıdakı illərdə dövlət büdcəsinin gəlirlərinin vergilər hesabına artırılmasını hədəfləyir. Növbəti 4 ildə Dövlət Neft Fondundan transfert edilən vəsaitin məbləği azaldılacaq, əvəzində vergi yığımlarının həcmi artırılacaq. 

Hökumət planlaşdırır ki, vergi yığımlarının artırılmasını vergitutma bazasının genişləndirilməsi ilə yanaşı bəzi vergi güzəştlərinin ləğv edilməsi hesabına bunu təmin etsin. Bu məqsədlə dünyanın bir çox ölkəsində tətbiq edilən vergi növlərinin Azərbaycanda da tətbiqi mümkündür. Yeni vergi növlərindən biri kimi avtonəqliyyat vasitələrinin sahiblərindən əmlak vergisinin alınması nəzərdən keçirilə bilər. 

Sfera.az xatırladır ki, ölkəmizdə avtonəqliyyat vasitələrinin sahiblərindən əmlak vergisinin alınması ilə bağlı təklif bir neçə dəfə səsləndirilib. O cümlədən Hesablama Palatası da belə bir təkliflə çıxış edib. Təklifə əsasən, avtonəqliyyat vasitəsinin mühərrikinin həcminə uyğun olaraq verginin tətbiqi tövsiyə olunub.

Hazırda Azərbaycanda əmlak vergisi bir neçə istiqamət üzrə tətbiq olunur. Bu istiqamətlərdən biri də nəqliyyat vasitələridir. Hazırda su və hava nəqliyyatı vasitələri sahiblərindən əmlak vergisi alınır. Su və hava nəqliyyat vasitələrindən mühərrikinin həcminə görə vergi tutulur. Mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçünsə onların bazar qiymətinin 1 faizi qədərində əmlak vergisi alınır. 

Azərbaycanda avtonəqliyyat vasitələrindən "əmlak vergisi” adı altında vergi 2001-2006-cı illərdə tutulub. Bu vergi növü 2006-cı ilə qədər bələdiyyələrin yerli əhəmiyyətli gəlirini formalaşdıran maliyyə mənbələrindən biri idi. Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər və müəssisələr avtonəqliyyat vasitələrinə görə illik əmlak vergisini həmin vasitələrin mühərrikinin həcminə görə (1 kub santimetr hesabı ilə) ödəyirdi. 2006-cı ildən avtonəqliyyat vasitələrindən əmlak vergisinin tutulması ləğv olundu və yol vergisinin tətbiqinə başlanıldı.  2015-ci ildən isə Azərbaycan vətəndaşlarının sahib olduğu avtonəqliyyat vasitələrindən yol vergisinin birbaşa alınması dayandırıldı. Əvəzində satılan avtomobil yanacağının hər litrinə yol vergisi əlavə olundu. 

Əgər avtonəqliyyat vasitələrindən əmlak vergisi alınarsa, bu, əmlak vergisi üzrə vergitutma obyektlərinin siyahısının genişlənməsinə səbəb olacaq. 

Onu da bildirək ki, hazırda ölkəmizdə 1,4 milyon ədəddən çox avtomobil var. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...