No Image
No Image

Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır
Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət "AstraZeneca") də istifadə edə biləcəklər.

Sfera.az xəbər verir ki, "Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

"COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, "AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan "Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq edib.
Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejimi ilə bağlı QƏRAR VERİLƏCƏK

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçiriləcək.   Sfera.az xəbər verir ki, saat 12:00-da keçiriləcək brifinq...

Operativ Qərargah məlumat yaydı - Brifinq olacaq

Sabah Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Sfera.az xəbər verir ki, brifinq saat 12:00-a təyin edilib....

Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa oluna bilər? - Deputat AÇIQLADI

"Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlə...

İkinci doza qəbulunda fərqli vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama

Ölkəmizdə koronavirusla mübarizə məqsədi ilə yeni peyvəndlərin tətbiqinə başlanması vətəndaşlar arasında bəzi suallar yaradıb. Məsələn, sual olunur ki, birinci ...

Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzev...

Cəmil Həsənlinin qızı ilə bağlı cinayət işi başlandı

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb.  Sfera.az xəbər verir ki, bu ba...