Azərbaycanda AĞIR QƏZA - YARALILAR VAR

Azərbaycanda AĞIR QƏZA - YARALILAR VAR
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Ağcakənd kəndində qeydə alınıb. Hərəkətdə olan "BMW”markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1998-ci il təvəllüdlü Talıb Rzayev, 1998-ci il təvəllüdlü Orxan Əliyev və 2000-ci il təvəllüdlü Pərvin İsgəndərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (apa).
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR