Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı
Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, "SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.

O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır:

"Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.

Qeyd edək ki, sonuncu dəfə "Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycandakı işgüzar mühitə dair sənəd təqdim edildi

Bakıda Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Aserbaidschan") "Azərbaycanda əcnəbi sahibkarlıq: işgüzar ab-hava 2021” illik hesabatının təqdimat...

SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş təntənəli yığıncaq - FOTO

Sentyabrın 20-də SOCAR-da neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilib. Dövlət Neft Ş...

“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il KEÇİR

Bu il "Əsrin müqaviləsi"nin imzalanmasının 27-ci ildönümü qeyd edilir.  Sfera.az xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorun...

Mərkəzi Bank sərt pul-kredit siyasətinə keçir – Faizlər bir qədər də artırıla bilər

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin sentyabrın 17-də uçot dərəcəsini artırdı.  Mərkəzi Bankın uçot dərəcəsini artırmasına səbəb ölkəmizdə bu ilin i...

Mərkəzi Bank uçot dərəcəsini artırdı - 5 illik fasilədən sonra

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə, dəhlizin aşağı həddinin 5,75%-dən 6%-ə, yuxarı həddinin isə 6,75%-dən 7%-...

Azərbaycanda çörəyin qiyməti niyə artır? - 19 faiz BAHALAŞMA...

Azərbaycanın bu il idxal etdiyi buğdanın qiyməti ötən illə müqayisədə xeyli yüksəlib.  Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, 2021-c...