No Image
No Image

Azərbaycanda 3-cü dalğa təhlükəsi - minimum 6 milyon insan...

Azərbaycanda 3-cü dalğa təhlükəsi - minimum 6 milyon insan...
"Azərbaycanda koronavirusa yoluxanların sayının qarşısının alındığını deyə bilmərəm. Ancaq epidemioloji vəziyyət nəzarət altına alınıb. Çünki üçüncü dalğa bir həftədir başlasa da, hələ çox ciddi rəqəmlərə çatmayıb. Bu məsələdə vaksinasiya prosesinin də və bundan əvvəlki dalğada xəstələnən insanların da rolu var".

Sfera.az bildirir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl bildirib.

O əlavə edib ki, Azərbaycanda məhdudiyyətlərin yaxın həftələr ərzində yumşaldılacağına dair bir söz söyləmək çətindir: "Çünki biz hələ üçüncü dalğanın zirvəsini görməmişik. Üçüncü dalğanın zirvəsini görüb aşağıya doğru eniş başladıqdan sonra rahatlaya bilərik.

Gözlənilir ki, yay aylarına qədər vaksinasiya prosesi yekunlaşdırılsın. Əhalinin minimum 60 faizi peyvənd olunsun. Ölkədə epidemiyanın qarşısını ala biləcək kütləvi immunitetin yaranması üçün 6 milyon əhalinin xəstələnib sağalması və ya peyvənd olunması lazımdır.

Yay fəslində çöldə maskasız gəzilməsi mövzusunda bir şey söyləmək çətindir. Zənnimcə, edidemiyanın bu sürətlə getməsi və tendenisyada olması yay aylarında maskadan qurtulacağımızı ortaya qoymur".
 
(baku.ws)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı ailə 28 il sonra doğma yurdunda çay içdi - VİDEO

Azərbaycanlı ailə 28 il sonra işğaldan azad edilmiş yurduna gedib və öz həyətlərində çay içib. Sfera.az xəbər verir ki, bununla bağlı görüntüləri Azərbayc...

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər K...

Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlandı - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...

Siyavuş Novruzovun efirə içkili gəlməsi məsələsinə aparıcıdan CAVAB

TV Müsavatın efirində yayımlanan "Canlı debat” verilişinin 7 apreldəki buraxılışı cəmiyyətdə ciddi rezonans doğurub. İqtidar-müxalifət debatı formatına gerçək...

Əli Əsədov dövlət qulluqçuları ilə bağlı QƏRAR İMZALADI

Nazirlər Kabineti "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir ...

Jurnalistlərə vurulacaq vaksinin adı AÇIQLANDI

Azərbaycanda media işçilərinin vaksinasiyası Mətbuat Şurasının binasıda baş tutacaq. Sfera.az bildirir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşo...