Azərbaycanda 25 min manata telefon nömrəsi satışa çıxarıldı

Azərbaycanda 25 min manata telefon nömrəsi satışa çıxarıldı
Dünyada mobil telefon nömrələrinin gözqamaşdırıcı qiymətə satılması təcrübəsinə tez-tez rast gəlinir. Məsələn, bir neçə il əvvəl 666-66-66 nömrəsi Qatarın paytaxtı Doha şəhərində yerli telekommunikasiya şirkəti tərəfindən satışa çıxarılmış və 10 dəqiqəlik hərrac zamanı 2 milyon 750 min dollara satıldı. 

Satışdan əldə edilən gəlir yerli xeyriyyə fonduna və Qatar əhalisinə tibbi xidmətin göstərilməsi şərtlərinin yaxşılaşdırılmasına yönəldilmişdi. 

135 85-85-85-85 nömrəsi isə Çində təşkil olunan internet-hərracda 1 milyon 100 min ABŞ dollarına satılmışdı. Rəqəmlərin bu ardıcıllığı çin dilində "Qoy mən varlı olum, varlı olum, varlı olum, varlı olum” anlamına gəlirdi. 

88-88-88-88 nömrəsi isə 285 min ABŞ dollarına Çinin Siçuan əyalətində bir aviaşirkətə satılmışdı. Çində belə hesab edilir ki, 8 rəqəmi uğur, xoşbəxtlik və zənginlik gətirir.

Azərbaycanda da "qızıl nömrə" kimi təqdim edilən mobil telefon nömrələrinin öz həvəskarları var. Məsələn, bu günlərdə ölkəmizdə 25 min manata mobil telefon nömrəsi satışa çıxarılıb. 

Sfera.az xəbər verir ki, Qaynartinfo-nun məlumatına görə, 050 21155 85 nömrəsinin qiyməti məhz bu qədərdir. 

Nömrənin satışını isə "555 Telekom" mağazası təşkil edir. 

Qeyd edək ki, Azərbaycanda əksər iri məmurların və iş adamlarının mobil telefon nömrəsi nəyə görəsə, bir qayda olaraq, 211-lə başlayır. Bu rəqəmlərlə başlayan nömrələr arasında 14 min manata (050 211 58 56) satılan da var, 15 min manata satılan da (050 211 59 69). 

050 211 16 21 nömrəsini isə 10 min manata almaq olar. 

Lakin sadəcə 211-lə başlayan telefon nömrələrinin qiyməti görənləri şoka salmır. Məsələn, 050 200 9292 nömrəsinə sahib olmağı arzulayanlar 6 min, 050 291 1111 nömrəsini almaq həvəsinə düşənlər 6500 manat, 050 200 00 60 nömrəsini əldə etmək istəyənlər isə 13 min manatından keçməlidirlər. 

Yeri gəlmişkən, Qatarda 2 milyon 750 min dollara satılan mobil telefon nömrəsi (666 666 66 – 055-lə başlayır) vaxtilə Azərbaycanda da satışa çıxarılmışdı: özü də 100 min manata! 

Lakin həmin nömrə üçün bu qədər yüksək qiymətə müştəri tapılıb-tapılmadığı məlum deyil. 

Onu da deyək ki, insanların maddi dəyəri fantastik məbləğlə ölçülən mobil telefon nömrələrinə həvəslə pul ödəməsini psixoloqlar daha çox özünütəsdiq cəhdi kimi qiymətləndirirlər. Hesab edirlər ki, həyatda başqa cür uğur qazana bilməyənlər belə dəbdəbəli, lakin dəbdəbəli olduğu qədər də anormal seçimlərə meyllənirlər...

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...