Azərbaycan xurmasının ixrac coğrafiyası yaxın sərhədlərdən ərəb ölkələrinə qədər uzanır

Azərbaycan xurmasının ixrac coğrafiyası yaxın sərhədlərdən ərəb ölkələrinə qədər uzanır

Azərbaycan ötən il 200 min ton xurma ixrac edib.

Sfera.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qadir Yusifov deyib.

Onun sözlərinə görə, ötən il ixracdan daxilolma 114 milyon dollar olub: "Azərbaycanın 21 rayonunda xurma yetişdirilir. Hazırda ölkədə iki növ yerli xurma sortu-yastı və şişburun sortları yetişdirilir. Bu il də məhsuldarlıq normaldır. 200 min ton ətrafında məhsuldarlıq gözlənilir. Hazırda yerli şitillər yetişdirilir və xurma sahələri artırılır. 5 il əvvəl İspaniyadan yeni xurma sortu gətirilib. Həmin sortdan da bir neçə ildir ki məhsul əldə olunur. İspan sortu da ölkədə xurma yetişdirilən bütün rayonlara paylanılıb və orada əkilib".

Q.Yusifov bildirib ki, İspaniyadan gətirilən yeni xurma sortu Azərbaycanın "şişburun" sortu ilə eyni formada və eyni keyfiyyətdədir:

"Məhsuldarlıq da yerli sortlardan az deyil, eynidir. İqlim şəraitinə də eyni dərəcədə dözümlüdür. Yəni bu sortlara hansısa xüsusi qulluğa ehtiyac yoxdur".

 

Qurum sədri bildirir ki, artıq Azərbaycandan builki ixraca start verilib: "Demək olar ki, hər gün ixrac var. Azərbaycandan əsasən ərəb ölkələrinə, Rusiya, Ukrayna, Moldova, Belarus və Qazaxıstana xurma ixrac olunur".


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...