Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib

Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib
 Gürcüstanın Dmanisi rayonunda qətl törədilib.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.  

İstintaqla müəyyən olunub ki, 38 yaşlı şəxs 2000-ci il təvəllüdlü tanışı ilə mübahisə zamanı onu bıçaqla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törədən şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir. O, qətldən dərhal sonra "isti izlər”lə saxlanılıb.

Polis soyuq silahı maddi sübut kimi müsadirə edib. Saxlanılan şəxs günahını etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 7 ildən 10 ilədək həbs cəzası gözləyir. (report.az)

OXŞAR XƏBƏRLƏR

Beyləqanda əxlaqsız yuva aşkar edilib

  Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi...

Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır

 Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən 36 yaşlı Mədinə Qreçneva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Sfera.az xəbər verir ki, şi...

İmişlidə oğurluq edən şəxslər saxlanılıb

  İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki məktəbdən və evlərin birindən oğurluq edən şəxsl...

Azərbaycanda 10 "COVID-19" xəstəsinə cinayət işi açılıb

  Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə "Covid-19” virusunun yayılması hallarını...

Nərimanovda 28 yaşlı gənc qətlə yetirilib

  Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölm...

İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib

  İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir ...