No Image
No Image

Azərbaycan və Monqolustan XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Monqolustan XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirildi
Bu gün videokonfrans şəklində Azərbaycan və Monqolustan Xarici Işlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən Sfera.az-a verilən məlumata görə, Azərbaycan xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumber iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.

Ramiz Həsənov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə tərəflər Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı və bu xüsusda bir sıra təkliflər irəli sürülüb.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyi, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyəti qeyd edilib.  

Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident torpaqların azad olunmasının detallarını açıqladı - VİDEO

Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə almaq imka...

Prezidentdən bitməyən suallara zarafatla cavab - VİDEO

Prezident İlham Əliyevin ötən gün keçirilən yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı maraqlı anlarla yadda qalıb. Sfera.az xəbər verir k...

ABŞ Konqresmeni Xocalı faciəsi ilə bağlı çağırış etdi - FOTO

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Braun Aderholt Nümayəndələr Palatasının sədri, xanım Nensi Pelosiyə Xocalı faciəsi ilə bağlı məktub göndəri...

Əliyev-Ərdoğan qardaşlığı gücümüzü artıracaq - TBMM

Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümünü qeyd edir, şəhidlərimizin xatirəsinə ehtiram göstəririk. Bu ilə isə ənənəvi anım mərasiminə fərqli şəkildə ...

Deputat: “Keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra…”

"Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Müxtəlif siyasi dairə...

Azərbaycan XİN Ermənistana xəbərdarlıq etdi

10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından ...