Azərbaycan Ukrayna və Cənubi Koreyada turizm nümayəndəliyi açacaq

Azərbaycan Ukrayna və Cənubi Koreyada turizm nümayəndəliyi açacaq

Bu il Azərbaycan Cənubi Koreya və Ukraynada turizm nümayəndəliyi açacaq.

Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqtşmid məlumat verib. O bildirib ki, Tbilisidə yeni turizm nümayəndəliyinin açılmasından sonra Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən turizm nümayəndəliklərinin sayı 7-yə çatıb: "Bizim hazırda 6 daimi nümayəndəliyimiz var. Tbilisidə istifadəyə verilən qonaq mərkəzi ilə bu say 7-yə çatdı. Bu yeni formatdır və qonaqlarla birbaşa qarşılıqlı əlaqədə olur və onları Azərbaycana dəvət edir. Bu il Ukrayna və Cənubi Koreyada da ofislər açılacaq. Gələn il də biz öz şəbəkəmizi genişləndirəcəyik". 

F. Zenqtşmid qeyd edib ki, Tbilisidə yaradılan "Azerbijan.Travel" qonaq mərkəzi həm gürcüstanlı, həm də Gürcüstana gələn əcnəbi turistlərin Azərbaycanın turizm imkanları ilə tanış olmasına şərait yaradacaq. 

 

"Bura Azərbaycan səyahət təcrübəsi mərkəzidir. Həm gürcüləri, həm də hər  hansı bir ölkənin vətəndaşlarını Azərbaycana gəlmək üçün, təcrübə əldə etmək üçün dəvət etdiyimiz sərgi salonudur. Yeni nümayəndəliyin Tbilisinin mərkəzində olması da çox vacibdir. Çünki gürcülərin özləri Azərbaycana gəlməyə can atırlar", - deyə F.Zenqtşmid bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılışı olub. Şota Rustaveli prospekti 16 ünvanında yerləşən mərkəz həftənin hər günü saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...