“Azərbaycan Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”-Erməni hərbi ekspert

“Azərbaycan Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”-Erməni hərbi ekspert
"Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”.
 
Belə narahatlıqla erməni hərbi ekspert Van Ambarsumyan news.am-a açıqlamasında çıxış edib. Onun iddiasına görə, 2018-ci ilin aprelindən bəri Azərbaycan təmas xəttinə quru qoşunlarını cəmləşdirib.

"Durmadan belə xəbərlər daxil olurdu ki, Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə quru qoşunlarının hərbi texnikasını, yedəyə alınan artilleriyadan tutmuş özüyeriyən artilleriya qurğularına, reaktiv yaylım atəşi sistemlərinə, piyadaların döyüş maşınlarına, zirehli transportyorlara və əsas döyüş tanklarına qədər, irəli çəkib. Böyük miqdarda qüvvə cəmləyiblər. Bu qoşunları indiyə qədər mövqelərdən geri çəkilməyib. Yəni onlar ön xətdən daimi dislokasiya yerlərinə qayıtmayıblar”-Ambarsumyan belə deyib.

Ekspert onu da əlavə edib ki, bu günlərdə Ermənistanın Tavuş vilayəti ilə sərhəddən Azərbaycan ordusunun bir briqadasını geri çəkiblər və onun yerinə sərhəd qoşunlarını yerləşdiriblər. Həmin briqada isə Ambarsumyanın iddiasına görə, Qarabağ istiqamətinə "atılıb”. Azərbaycan ordusunun həmin istiqamətdə hücum potensialını möhkəmləndirmək üçün.

"Öz gücünə görə Azərbaycanın sərhəd qoşunları balaca müdafiə nazirliyini xatırladır, ordu içərisində ordudur. Qoşunların bu növünün silahlanmasında hücum texnikası yer almır, əsasən müdafiə təyinatlı texnikaya malikdir, 24 Mi-35M zərbə-döyüş vertolyotu istisna olmaqla”-Ambarsumyan bildirib.

Erməni hərbi ekspert habelə Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu ilin Qarabağ məsələsinin nizamlanmasında dönüş ili ola biləcəyinə dair bəyanatını da xatırladıb. Deyib ki, belə bəyanatla xarici işlər naziri də çıxış etmişdi. Və Ambarsumyanın fikrincə bütün bunlar 2019-cu ildə Qarabağda kifayət qədər ciddi kəskinləşmə ola biləcəyini göstərir.

Ambarsumyan hesab edir ki, potensial hərbi əməliyyatlar bölgəsinin relyefi mürəkkəb olduğudan bəzi yerlərdə hərbi texnikanın nəinki qış aylarında, o cümlədən yazda hərəkəri çətindir.Bu isə hücum edən ordu üçün problem yarada bilər.

"Mən düşünürəm ki, ciddi kəskinləşmə yayın sonlarına doğru başlayacaq. Qışda döyüşmək asan deyil. Bütün texnika dizel yanacağı ilə işləyir, yanacağı qışda gündə azı iki dəfə qızdırmaq lazımdır...”-o bildirib.Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...