Azərbaycan Premyer Liqası: Komandaların çempionluq şansları açıqlanıb

Azərbaycan Premyer Liqası: Komandaların çempionluq şansları açıqlanıb
"Euro Club Index" statistika portalı Azərbaycan Premyer Liqasında çıxış edən komandaların 2021/2022 mövsümü üçün çempionluq şanslarını açıqlayıb.

Sfera.az xəbər verir ki, saytın araşdırmasına əsasən, "Qarabağ" qızıl medalları qazanmağa daha iddialıdır. Ağdam klubunun çempionluq şansları 97,2 faiz qiymətləndirilib. "Köhlən atlar" üçün cari mövsümdə proqnozlaşdırılan xal sayı isə 68 göstərilib.

İkinci pillədə son çempion "Neftçi" qərarlaşıb. "Ağ-qaralar"ın şansları cəmi 1,5 faizdir. Flaqmanın çempionatı maksimum 49 xalla başa vuracağı ehtimal olunur.

İlk "üçlüy"ü "Zirə" klubu tamamlayır. "Qartallar"ın çempionluq şansları 0,9-a bərabərdir. 4-cü sıradakı "Qəbələ"nin mövsümü lider kimi bitirmək şansları 0,3 faizdir.

Statistika portalı qalan 4 komandaya isə şans tanımayıb.

1. "Qarabağ" - 97,2 faiz

2. "Neftçi" - 1,5 faiz

3. "Zirə" - 0,9 faiz

4. "Qəbələ" - 0,3 faiz

5. "Sabah" - 0 faiz

6. "Sumqayıt" - 0 faiz

7. "Keşlə" - 0 faiz

8. "Səbail" - 0 faiz

Qeyd edək ki, hazırda Premyer Liqaya 27 xalla "Qarabağ" başçılıq edir.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...