Azərbaycan Ordusu Ermənistana elə bir zərbə vurub ki... - Deputat

Azərbaycan Ordusu Ermənistana elə bir zərbə vurub ki... - Deputat
"Biz uzun illərdir ki, Türkiyə ilə birlikdə hərbi təlimlərə üstünlük veririk. Bu təlimlər Azərbaycan Ordusunun gücünün artmasına gətirib çıxardı. Bu gün Azərbaycan İkinci Qarabağ döyüşlərində qalib gəlməsinə və regionda diktə edən dövlət olmasına baxmayaraq, öz ordusunun gücünü, səriştəsini, qabiliyyətini daha da artırmaq məqsədilə Türkiyə ilə birgə təlimlərə üstünlük verir. Məhz bu səbəbdən də Naxçıvanda keçirilən təlimlər birbaşa bu məqsədə xidmət edir. Bundan öncə də Azərbaycan Türkiyə ilə Laçında və Xəzər dənizində, eləcə də havada bir sıra təlimlər gerçəkləşdirdi. Bütün bunlarla yanaşı, Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə hərbi təlimlər keçirdilər. Bütün bu təlimlərin əsas məqsədi Azərbaycan Ordusunun gücünü və potensialını daha da artırmaqdan ibarətdir. Qardaş ölkənin hərbçiləri ilə birlikdə əməliyyatlar keçirmək üçün hazırlıq səviyyəsini yoxlamaqdır. Birgə baş tutacaq istənilən əməliyyatlarda birgə uğurlu iştirakın təməllərini qoymaqdır”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, bizim məqsədimiz, hədəfimiz ərazi bütövlüyümüzün və suverenliyimizin qorunmasıdır:

"Eyni zamanda Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsidir. Təəssüflər olsun ki, Naxçıvandakı təlimlərdən narahat olan qüvvələr var. Xüsusən də ermənilər və onların havadarları bu təlimlərdən narahat olurlar. Bu da normal qəbul edilməlidir. Çünki onlar tam olaraq reallığı qəbul etmək istəmirlər. Məhz Ermənistanın baş naziri Nikol Paşinyanın arada sərsəm açıqlamalarla çıxış etməsi bunu deməyə imkan verir ki, onlar 44 günlük müharibədə məğlub olsalar da, bu vəziyyətlə barışa bilmirər. Bu məğlub vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər. Ancaq Azərbaycan Ordusu Ermənistana elə bir zərbə vurub ki, onların yenidən özünə gəlməsi, ayağa durması və güc göstərməsi uzun illər tələb edir. Əgər onlar nəyəsə cəhd etsələr, öz müstəqilliklərini tamamilə sual altında qoya bilərlər. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla irəliləyir”.

Deputatın fikrincə, hazırda biz hərbi qələbəmizi siyasi qələbəyə çeviririk:

"Diplomatik masada istəklərimizi əldə etmək üçün çalışırıq. Düşünürəm ki, ən yaxın zamanda Ermənistan da haqq yoluna gələrək Azərbaycanla sülh danışıqlarına başlamaq qərarını verəcək. Azərbaycanın sərhədlərini və suverenliyini tanıyacaqlar. Azərbaycanla böyük sülh sazişinə onların da öz töhfələrini verəcəyinə ümid edirik. Nəticə etibarı ilə regionda uzunmüddətli sülh olacaq. Bu təlimlər isə ordunun hazırlıq səviyyəsini yoxlamaq və ordunu hazır vəziyyətdə saxlaya bilmək niyyətinə xidmət edəcək. Ümid edirik ki, regionumuzda yeni münaqişə baş verməyəcək. Hər kəs sülh içərisində yaşayacaq”.

Naqif Həmzəyevin sözlərinə görə, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun yenidən qurulması, formalaşması və nizami ordu halına düşməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:

"Daha sonra Azərbaycan iqtisadiyyatı artdıqca ordumuz daha da gücləndi. Ordumuzun müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırılması və ən müasir texnikalarla, silahlarla təchiz edilməsi Prezident İlham Əliyevin istəyi, arzusu, uğurlu rəhbərliyi nəticəsində mümkün oldu. Hərbi quruculuq işi və ordunun güclənməsi siyasəti də birbaşa ölkə başçısının adı ilə bağlıdır. Azərbaycan İkinci Qarabağ müharibəsinə qədər öz Silahlı Qüvvələrinin dünyanın ən müasir orduları ilə rəqabətə girməsi üçün xüsusilə türk ordu sisteminin modelləri əsasında formalaşmasına üstünlük verdi. Döyüş hazırlığının, manevr təcrübəsinin artmasına birbaşa xidmət edən əsas cəhətlərdən biri də məhz qardaş Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər oldu”.

OXŞAR XƏBƏRLƏR

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...