Azərbaycan lideri: "Zəngilandan Naxçıvana, oradan da Türkiyəyə və Avropaya yol açılacaq"

Azərbaycan lideri:
"Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub".

Sfera.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev okryabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı ilə sakinlər arasında söhbət belə davam edib:

Sakin: Cənab Prezident, xatırlamasam, günah olar, bizim Zəngilan rayonunun ərazisində böyük Mincivan stansiyası yerləşirdi. Sovetlər dönəmində oraya hansı qatarlar gəlmirdi - Bakı-Qafan, Bakı-Noraşen, Bakı-Mincivan. O qatarlar bizim arzularımız idi. Bu yerlərin, yurdların insanları öz vaxtını, zamanının ölçüsünü o qatarların hərəkət qrafiki ilə qururdular. İndi Siz Azərbaycanın dəmir yollarını Zəngəzura və dünyaya açırsınız. Tezliklə o yollarla böyük qatarlar gələcək. Bu qatarlar Azərbaycanı dünya ilə qovuşduracaq. Bu da Sizin böyük quruculuq əzminizdən xəbər verir.

Prezident İlham Əliyev: Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey yoxdur, dəmir yollarını onlar çoxdan daşıyıb aparmışdılar. O relslərdən tank əleyhinə istehkamlar qurmuşdular. Stansiyanın binası da tamamilə dağılmış vəziyyətdə idi.

Sakin: Cənab Prezident, Siz Mehriban xanımla qoşa qanad kimi Azərbaycanın bütün kəndlərini, Zəngəzuru, Qarabağı diyar-diyar gəzmisiniz, qarış-qarış gəzib ziyarət etmisiniz. Ən vacibi nədir? Siz o kəndləri, toponimlərin qədim adlarını bilirsiniz, bərpa edirsiniz, onları bizə öyrədirsiniz, həm də tarixi ədaləti bərpa edirsiniz. Bu, çox vacib amildir. Çünki bizim tariximizdə bunlar unudulmuş məqamlardır. Biz bunları bərpa etməliyik. Ona görə də biz Sizə böyük minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Çox sağ olun, buradan Naxçıvana yol açılacaq. Oradan da Türkiyəyə, oradan da Avropaya.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü

Dekabrın 3-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində ...

XİN başçısı ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb - Müzakirə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndə...

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Sfera.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imza...

Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba i...

Aİ nümayəndəsi: "Azərbaycan və Ermənistanla müzakirələri davam etdiririk"

"Biz hər iki tərəflə - həm Azərbaycan, həm də Ermənistanla əlaqə saxlayırıq, müzakirələri davam etdiririk”. Sfera.az xəbər verir ki, bunu Avropa İttifaqın...

"İnstitut direktoru əməkdaşın kitabını öz adına çap edir" - Siyavuş Novruzov

"İnstitut direktoru əməkdaşın, elmi rəhbər digərinin kitabını, məqaləsini öz adına çap edir”. Sfera.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasınd...