No Image
No Image

Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu

Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.
 
Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab oyununda "Qarabağ"ı məğlub edən "Sumqayıt" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Matçın əsas və əlavə vaxtı, ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) qonaqlar tarixində 2-ci dəfə finala yüksəlib.

"Qarabağ"ın heyətində 11 metrlik cərimə zərbələrini Maksim Medvedev, Toral Bayramov, Qara Qarayev və Xayme Romero dəqiq yerinə yetirib. Patrik Andradenin zərbəsini qonaqların qapıçısı Aydın Bayramov geri qaytarıb. Kevin Medinanın vurduğu top isə qapı tirinə tuş gəlib.

"Sumqayıt"da isə Cəmaləddin Xocaniyazov, Vurğun Hüseynov, Xəyal Nəcəfov, Höccət Haqverdi və Vüqar Mustafayev penaltini qola çevirib. Elvin Məmmədovun zərbəsi isə qapı tirindən qayıdıb.

Qeyd edək ki, yarımfinalın digər matçında "Zirə" səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni qəbul edəcək.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Güləşçimiz final görüşünə çıxmadı

Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində final görüşünə çıxmayıb. Sfera.az-ın məlum...

"Barselona", "Real Madrid" və "Yuventus" Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yaydı

İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klubu Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yayıb.   Hər üç klub təzyiq və təhdidlə...

"Qəbələ" və "Səbail"in UEFA yarışlarına buraxılmamasının səbəbi açıqlandı

  "Qəbələ" və "Səbail" klublarının UEFA yarışlarında iştirak üçün lisenziya ala bilməməsinin səbəbi açıqlanıb. Bu barədə hər iki klubdan məlumat ver...

Böyük Britaniyanın Azərbaycandakı səfiri BOS-da - FOTO

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş keç...

AFFA iki klubu avrokuboklara buraxmadı

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak et...

Millimizin oyunlarının təqvimi müəyyənləşdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının 2023-cü il dünya çempionatının seçmə oyunları üçün təqvimi bəlli olub.   Sfera.az AFFA-nın rəsmi saytına...