“Azərbaycan istədiyi an gücünü göstərəcək...” - Politoloq

“Azərbaycan istədiyi an gücünü göstərəcək...” - Politoloq
"Azərbaycanın səbr kasasını doldurmaq və bizi sərhədi keçərək, Ermənistan ərazisinə daxil olmağa təhrik edirlər. Belədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etmək üçün bəhanə əldə etmək istəyirlər. Amma Azərbaycan düşmənin bu hiyləsinə uymur. Belə təxrubatları çox görmüşük. Lakin onu da yaddan çıxarmayaq ki, düşmən bu işləri özbaşına görmür”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın təxribatları davam etdirərək, ötən gecə yenidən Naxçıvanı atəşə tutmasına münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib:

Ekspert qeyd edib ki, sərhədboyu atışmaların arxasında Rusiya dayanır:

"Ermənistanın əsas sahibi Rusiyadır. Vladimir Jirinovskinin çıxışları da məhz bununla bağlıdır. Moskva Azərbaycanın Türkiyə ilə yürütdüyü birgə siyasətdən həddən artıq narahatdır. Ona görə açıq şəkildə bəyan edirlər ki, Azərbaycan Moskva nə desə, onu da etməlidir. Azərbaycan bu hədələrə baxmayaraq, sərbəst xarici siyasət yürütməkdə davam edir”.
 
Azərbaycan Müdafiə nazirinin verdiyi əmri şərh edən həmsöhbətimiz bildirib ki, Bakı istədiyi an düşmənə gücünü göstərəcək: "Ordumuz 44 günlük müharibədə özünü göstərib, nədən indi də təxribatçılara münasibətdə gücümüzü göstərməyək?. Ermənistan başa düşməlidir ki, Azərbaycan istədiyi an bunu edəcək. İrəvan gör nə gündədir ki, Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli yaxınlaşmasını Hindistan əleyhinə hazırlanan blok kimi təqdim edir”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...