No Image
No Image

Azərbaycan internet istifadəçilərinin sayına görə dünya üzrə 36-cı yerdədir

Azərbaycan internet istifadəçilərinin sayına görə dünya üzrə 36-cı yerdədir

 

Azərbaycan bu göstərici üzrə Rusiya, Türkiyə, İran, Qazaxıstan və Ermənistanı geridə qoyub.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "The State of Broadband” adlı yeni hesabatında Azərbaycanın ayrı-ayrı göstəricilər üzrə mövqeyi yüksəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Rabitə və yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ölkəmiz reytinq cədvəlində hər 100 nəfərə düşən  internet istifadəçilərinin sayına görə 63-cü yerdən 36-cı yerə yüksəlib. Hesabata əsasən, ölkədə hər 100 nəfərdən 77-si  internet istifadəçisidir.

Hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayına görə isə Azərbaycan reytinq cədvəlində 53-cü pillədə qərarlaşıb. Hazırda ölkədə hər 100 nəfərə 19.76  genişzolaqlı internet istifadəçisi düşür.

Azərbaycan bu göstərici üzrə Rusiya, Türkiyə, İran, Qazaxıstan və Ermənistanı geridə qoyub.

Məlumat üçün bildirək ki, sözügedən reytinqdə Monako (hər 100 nəfərə 47.47 istifadəçi) liderdir. Sonrakı yerləri İsveçrə, Lixtenşteyn, Danimarka, Niderland bölüşür.

Bundan başqa,  ölkəmiz mobil genişzolaqlı internet abunəçilərinin sayına görə də mövqeyini yaxşılaşdırıb. Belə ki, Azərbaycan dünya üzrə reytinqdə 60-cı yeri tutub. Müqayisə üçün qeyd edək ki, əvvəlki reytinqdə ölkəmiz hər 100 nəfərə düşən 46.8 abunəçi ilə 68-ci yerdə qərarlaşmışdı.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyevin nəvəsinin qalmaqal yaradan toyundan yeni görüntülər - VİDEO

Ramiz Mehdiyevin nəvəsinin qalmaqal yaradan toyundan yeni görüntülər yayılıb.   Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı, martdan bəri Azərbayca...

Ramiz Mehdiyevin “əlindən su içən” icra başçıları təşvişdə - VİDEO

AMEA prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun himayəsi altında olublar. Sfera.az O...

RİİB könüllüləri Mehriban Əliyevanı belə təbrik etdi - VİDEO

Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri Azərbaycanın 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevanı özünə məxsus üslubda təbrik etdib. Sfer...

Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Təbrikdə bildirilir: Hörmətli Mehriban Arif qızı, ...

Prezident: "Kasıb adamın puluna göz dikmək vicdansızlıqdır"

  "Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz ray...

Siyavuş Novruzov:  Toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev bizi aldadıb

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva ilə bərabər AMEA prezidenti Ramiz Mehdiyevin nəvə...