Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan elminə ağır itki üz verdi
Azərbaycan elminə və idman ictimaiyyətinə ağır itki üz verib.

Sfera.az bildirir ki, bu barədə  Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasından məlumat verilib.

Məlumatda qeyd edilir ki, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xəlil Qasımov 79 yaşında vəfat edib.

Xəlil Məmmədəli oğlu Qasımov 28 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində ali təhsil alıb.

X.M. Qasımov ömrünün böyük hissəsini Respublika üçün gənc kadrların hazırlanmasına həsr edib. Uzun illər Bakı Dövlət Universitetində, Tibb Universitetində və Bədən Tərbiyəsi Dövlət Akademiyasında Biofizika və Biokimya ixtisası üzrə mühazirələr oxuyub.

Xəlil Qasımovun 150 Elmi əsəri çapdan çıxıb, onların 110-u xaricdə nəşr olunub. Elmi fəaliyyətinə görə bir sıra mükafatlara, o cümlədən AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülüb.

Vəfat edənədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri vəzifəsində çalışırdı. Eyni zamanda Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri laboratoriyasının baş elmi işçisi idi.

Xəlil Qasımovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və kollektivi Xəlil Qasımovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...