No Image
No Image

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?
Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

Sfera.az-ın verdiyi xəbərə görə, əhali 2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 16,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 22,7 faizi ticarət müəssisələri, 54,6 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artıb, bazar və yarmarkalarda isə 17,2 faiz azalıb.

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları alıb.

Ümumilikdə hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq məhsul satılıb. (Trend)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hərbi Qənimətlər Parkında maketlərə toxunmaq, texnikaların üzərinə çıxmaq olmaz XƏBƏRDARLIQ - VİDEO

Bu günlərdə istifadəyə verilən Hərbi Qənimətlər Parkına gələn bəzi şəxslər sanki buranın bir muzey olduğundan xəbərdar deyillər. Onların içərisində elələri var ...

Kişilərə şəkillərini göndərən gəlinin anası DANIŞDI: "Qızımı qayınanası və əri..."- VİDEO

 ARB kanalında yayımlanan "Elgizlə izlə" verilişində şok anlar yaşanıb. Sfera.az  xəbər verir ki, bir müddət öncə həmin verilişə müraciət edən Rah...

"Qiyməti 17 min manatdan başlayır, 130 min manatadəkdir"

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edi...

Konstitusiya Məhkəməsinin növbəti iclası keçirildi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məh...

Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun İnstitut qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xid...

Qadın 2 yaşlı qızına görə 10 yaşlı oğlanın cinsiyyət orqanını kəsdi - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə qonaq gələn qadın şok açıqlamalar verib.  Aidə Əzizova adlı qadın qonşusundan şikayətlənib. Onun söz...