Azərbaycan Burkina Fasoya 100 000 doza peyvənd ianə etdi

Azərbaycan Burkina Fasoya 100 000 doza peyvənd ianə etdi
Dekabrın 6-da Azərbaycanın ianə etdiyi 100 000 doza "Sinovac" peyvəndi Burkina Fasoya çatdırılıb.

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

İanə XİN-in tərkibində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə Burkina Fasoya çatdırılıb. Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi məqsədilə cari ilin sentyabr ayında irəli sürülən təşəbbüs təşkilatın sədri qismində Azərbaycan tərəfindən tam dəstəklənib və ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişi ilə yardım məqsədilə 100.000 doza peyvənd təşkilatın İstanbulda keçirilən Sammitindən bir neçə gün öncə İstanbula çatdırılıb.

Təşəbbüsə dəstək olaraq, Azərbaycanla yanaşı Türkiyə 200.000, Özbəkistan 100.000 və Macarıstan 211.200 doza peyvənd ianə edib. Macarıstan tərəfindən Toqoya ianə edilən peyvəndlər də daxil olmaqla, ümumilikdə 611.200 doza peyvənd Türkiyə tərəfinin lojistik dəstəyi ilə dünən qeyd olunan Afrika dövlətlərinə təhvil verilib.

Qlobal səviyyədə COVID-19 ilə mübarizədə Azərbaycanın fəal rolu və ehtiyacı olan ölkələrə dəstəyinin nümunəsi olan bu töhfə, xalqımızın yardımsevərlik ənənələri əsasında cənab Prezident İlham Əliyev tərəfindən atılan növbəti humanist addımdır.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...