Azər Türk Bank yeni nəsil Korporativ İnternet Bankçılıq xidmətini təqdim etdi

Azər Türk Bank yeni nəsil Korporativ İnternet Bankçılıq xidmətini təqdim etdi
 

Hər zaman öz müştərilərinin rahatlığını düşünən Azər Türk Bank daha bir yeniliyi geçəkləşdirib.Belə ki, korporativ müştərilərə müasir və təhlükəsiz distant xidmətləri göstərmək məqsədi ilə tamamilə yeni platforma üzərində qurulmuş "ATB Business” internet bankçılıq xidməti onların ixtiyarına verilib.

Bankın korporativ müştəriləri bu xidmət vasitəsilə maliyyə əməliyyatlarını daha sürətli və təhlükəsiz, daha geniş imkanlarla və ən əsası, daha sərfəli şəkildə həyata keçirəcəklər. Yeni "ATB Business” xidməti digərlərindən fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Son texnologiyaların tətbiqi sayəsində xidmətdən istifadə intuitiv şəkildə aparılır, bir çox hallarda qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır. Bundan başqa, yeni platforma üzərindən aparılan bütün əməliyyatlar xüsusi, endirimli tariflərlə həyata keçiriləcəkdir. Ölkədə ilk dəfə Bank bu internet bankçılıq xidməti çərçivəsində "Korporativ Cash-Back” loyallıq proqramını təqdim edir ki, aparılmış əməliyyatlara görə tutulan komissiya haqqının bir hissəsi müştəriyə bonus ballar şəklində geri qaytarılacaqdır. Toplanmış balların istənilən vaxt nağdlaşdırılması mümkündür.

Eyni zamanda Bank yeni "ATB Business” xidmətinə qoşulan müştəriləri hesabların və bank əməliyyatlarının statusunu canlı rejimdə izləmək imkanını verən "SMS / E-mail bildiriş” xidmətinə ödənişsiz qoşulmasını təmin edir.

”ATB Business” xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı izləyə və idarə edə bilər. Xidmətin növbəti üstünlüyü ondan ibarətdir ki, proqram istifadəçilərinin tək "ASAN imza” ilə deyil, mobil telefona göndərilən birdəfəlik OTP şifrələr ilə eyniləşdirməsi mümkündür.

Bundan əlavə, "ATB Business” məhdudiyyətsiz şəkildə əlavə xidmət və opsiyaların tətbiq edilməsinə imkan yaradır ki, bunun sayəsində Bank mütəmadi olaraq müştərilərini müxtəlif yeniliklərlə sevindirməyi davam etdirəcəkdir. Yaxın gələcəkdə bu proqramın birbaşa olaraq müştərilərin şirkət daxili kargüzarlıq sistemlərinə qoşulması (API inteqrasiya), ödənişlərin məcmu şəkildə imzalanması (təsdiqlənməsi), vergi orqanlarının məlumat bazasına inteqrasiyası və sair yeniliklərin tətbiqi nəzərdə tutulur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və onun belaruslu həmrakı Aleksandr Lukaşenko mayın 17-də Şuşa şəhərinə səfər ediblər.   Sfera.az xəbər verir ki, ...

Şimali Koreya Yapon dənizinə ballistik raket atdı - FOTO

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.  Sfera.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” Agentliyi məlumat y...

Türkiyə ABŞ-ni terrorçulara dəstəyi dayandırmağa ÇAĞIRDI

Türkiyə terrorçulara dəstəyi dayandırmaqla bağlı ABŞ-yə çağırış edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəs...

"ABŞ Ukraynadakı vəziyyəti daim gərginləşdirir" - XİN rəsmisi

“ABŞ Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyır”.   Sfera.az bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van V...

Sabah 21 dərəcə isti OLACAQ - PROQNOZ

Sabah ölkə ərazisində havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan dörd dərəcəyədək isti, gündüz dörd...

Dövlət Xidməti Lənkəranda gənclərlə görüşdü - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Lənkəran Dövlət Universiteti və Sosial və Aqrar-Texnoloji Kolleclə birgə gənclər üç...