“Azər-Türk Bank” “Azericard”ın xidmətindən imtina edir

“Azər-Türk Bank” “Azericard”ın xidmətindən imtina edir

"Azər-Türk Bank" ASC "Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi"nə uyğun olaraq özünün "İn house” prosessinq mərkəzini yaradıb”.

 

Bunu açıqlamasında Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov deyib.

 

Onun sözlərinə görə, sabahdan rəhbərlik etdiyi kredit təşkilatı "Azericard" MMC prosessinq mərkəzinin xidmətindən imtina edəcək:

 

"Noyabrın 7-də, saat 14:00-18:00 arasında Bankın bütün plastik kartları "Azericard”dan yeni prosessinq mərkəzinə miqrasiya etdiriləcək. Bu səbəbdən də həmin saatlarda kartların işində müəyyən problemlər olacaq. Keçid bitəndən sonra bizim müştərilərimiz üçün yeni məhsulları yaratmaq imkanımız olacaq. Həmçinin xidmətlərimizin keyfiyyətini artıra biləcəyik.

 

İlkin olaraq SMS bildiriş xidmətinin qiyməti 3 dəfəyə yaxın azalaraq 1,18 manatdan 0,5 manata düşəcək. Növbəti il isə daha innovativ məhsullar təqdim etməyi düşünürük. Müştərilərimiz üçün bu məhsulları yaratmaq və yaxud dəyişmək üçün heç bir şirkətdən asılı olmayacağıq. Yəni istənilən məhsulu Bank daxilində yarada biləcəyik və onun maya dəyəri aşağı düşəcək".

 

"Azər-Türk Bank”ın rəhbəri həmçinin deyib ki, bu prosessinq mərkəzinin başqa banklara xidmət göstərməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) lisenziya alınmalıdır: "Amma açıq deyim ki, hələ ki, belə planımız yoxdur. Biz daha çox bunu bankdaxili məhsulların yaradılması üçün etmişik”. 


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...