Azad olunmuş ərazilərdə meliorativ tədbirlərə başlanıldı

Azad olunmuş ərazilərdə meliorativ tədbirlərə başlanıldı
Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunub. Azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülməyə başlayıb.

"Meliorasiya və Su Təsərrüfatı” ASC-dən Sfera.az-a verilən məlumata görə, ərazilər azad olunandan sonra ilk olaraq Səhmdar Cəmiyyətin Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cərbayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib.

Erməni faşistləri tərəfindən yararsız hala salının subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusuna kabel, nasos, boru, elektirik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib.

Qeyd edək ki, subartezian quyusu təxminən 3-4 ha ərazidə yerləşən binaları su ilə təmin edir.

Xatırladaq ki, ümumilikdə 654 subartezian quyusu işğal altında idi.

"Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu torpaqlarımızı erməni qəsbkarlarından tam şəkildə işğalından azad edəcək. Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tərazlığın bərpa edilməsinə təminat yaranacaq. Biz əminik ki, tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenədən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik”, deyə məlumatda deyilir.

OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...