No Image

Aygünün mahnısından danışan gənc müğənni: “Yaxşı ki, birinci mənim mahnım çıxdı” - VİDEO

Aygünün mahnısından danışan gənc müğənni: “Yaxşı ki, birinci mənim mahnım çıxdı” - VİDEO

Yaxşı ki, birinci mənim mahnım çıxdı. Sonra o mahnı (red: Aygün Kazımovanın ifa etdiyi "Ehtiyacım var”) gəldi. Hər bir bəstəkarın öz dəsti xətti var. Hətta xarici bəstəkarların mahnıları belə, bir-birinə oxşayır.

İsmayıl Əsədovun bu günə kimi yazdığı mahnıların hamısında oxşarlıq var. Mahnı səslənəndə hiss edirsən ki, bu bəstənin müəllifi İsmayıl Əsədova məxsusdur. Onun dəsti-xətti, möhürüdür. 

Sfera.az xəbər verir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində gənc və istedadlı müğənni Xəyal deyib. O, ifa etdiyi "Ürəyimi yarma” mahnısının Xalq artisti Aygün Kazımovanın səsləndirdiyi "Ehtiyacım var” ilə birə-bir oxşarlıq mövzusuna bu cür münasibət bildirib:

 

"Aygün Kazımovanın və mənim mahnım arasında ola bilər ki "lad”lar eyni olsun. Aranjimanda oxşarlıq ola bilər. Çünki biz bir komanda ilə çalışırıq. Uşaqlar bir-birindən bəhrələnə bilər. Bu normal bir haldır. Amma plagiat olması yalnış fikirdir. Tam fərqli mahnıdır.

Aygün Kazımovanın ifa etdiyi "Ehtiyacım var” mahnısı çıxmazdan öncə studiyada dinləmişdim. Çox gözəl mahnıdır. Tənha qadınlara aid bir bəstədir. Bu mahnıda sevgiyə ehtiyacı olan xanımlar özlərini görürlər. Mənim mahnım ilə Aygün Kazımovanın oxuduğu mahnı arasında fərq var. Kantası, sözləri fərqlidir”.



Bir çox gənc ifaçıların "Avroviziya” beynəlxalq mahnı yarışmasına can atdığı bir vaxtda Xəyal sözügedən müsabiqədə iştirak etməyəcəyini dilə gətirdi:

"Avroviziya”ya heç zaman getməyəcəm. O yarışma maraq dairəmdə deyil. Getdikcə müsabiqə marağını daha da itirir. Haqsızlıqlar çox olur. Çingizin mahnısı və ifası əla idi, amma səkkizinci yerə layiq görüldü. Ona görə "Avroviziya”ya qatılmaq istəmirəm”.

Xəyal müsahibəsinin sonunda ekranlara gec-gec çıxmasını və şou-biznesdə olmamasının səbəblərini mahnılara bağladı:

"Şou-biznesdə olmamağımın əsil səbəbi mahnılardır. Gün ərzində bir dənə mahnı göndərirlər. Amma o mahnıların uğurunu görmürəm. Ona görə də oxuyub, çıxmıram. Digər müğənnilər kimi, "fabrik” deyiləm. İstəmirəm gündə bir mahnı çıxarıb, dinləyicilərin qulaqlarını yorum”.

OXŞAR XƏBƏRLƏR

Bakıda polis COVID-19-un qarşının alınması məqsədi ilə tədbirlər keçirdi - FOTO

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi ...

Düşmən bu yolla da dezinformasiya yaymağa başladı - Hər kəsə gələ bilər - FOTO

  Sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutaraq mülki vətə...

Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb — SENSASİYA - FOTOLAR

  Sentyabrın 28-də Azərbaycan Ordusunun raket zərbələri nəticəsində məhv edilən Ermənistan Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyanın öl...

Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana dəstək

  Məşhur xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Kloud Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktına etirazı...

Həlak olmuş, zərər çəkmiş mülki azərbaycanlıların SİYAHISI

  Sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, Azərbaycan Ordusunun mövqelərini iriçaplı silah...

Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı - FOTO

  Sosial şəbəkələrdə erməni istifadəçilərdən biri özlərini ifşa və terrorçu mahiyyəni əks etdirən paylaşım edib.    Sfera.az xəbər verir ki, "...