Aygün Kazımova dünya şöhrətli dizayner “sevgilisi” ilə Nyu-York küçələrində - VİDEO

Aygün Kazımova dünya şöhrətli dizayner “sevgilisi” ilə Nyu-York küçələrində - VİDEO
Xalq artisti Aygün Kazımova ABŞ-da çəkdirdiyi yeni klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, bir müddət öncə Nyu-Yorka gedən Kazımova orada musiqisi İsmayıl Əsədova, sözləri Saleh Səbata və İsmayıl Əsədova məxsus "Ehtiyacım var” adlı bəstəni ekranlaşdırıb.

Pop diva ekran işini rejissor Elmar Bayramova həvalə edib. Klip Nyu-Yorkun bir sıra parklarında və istirahət mərkəzlərində lentə alınıb. Ekran işində Xalq artisti sözügedən məkanlarda sevgilisi ilə yaşadıqları anları yada salaraq, xatirələrə dalır.

 

Kazımovanın tərəf müqabili bu dəfə də onun ən yaxın dostu, sirdaşı dünya şöhrətli dizayner və stilist Rüfət İsmayıl olub. Aygün ilə Rüfətin səmimi görüntüləri isə klipi daha da canlandırıb və xüsusi rəng qatıb.

Klip bir neçə dəqiqə bundan öncə Aygün Kazımovanın rəsmi "Youtube” kanalında təqdim edilib.

Qeyd edək ki, Rüfət İsmayıl daha öncə Aygün Kazımovanın "Haradasan” adlı mahnısına çəkilmiş klipində də onun sevgilisi obrazını canlandırıb.


OXŞAR XƏBƏRLƏR

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə ünvanına səslənən tənqidi fikirlərə cavab verib.   Sfera.az sozcu.az-a istinadla xəbər verir ki, video müraciə...

Nadir Qafarzadədən söyüş: Yaxşı eləmişəm... — VİDEO

Müğənni Nadir Qafarzadə növbəti dəfə açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, o, "professor da soyducusunu açsın, mən də, görək k...

“Day-dayım yoxdur, böyük məbləğdə yardımlar istəməyin” - Nura Suri

 "Bir məsələyə aydınlıq gətirmək istəyirəm: mən milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yox...

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA

 Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib "Miss Azərbaycan-2020” milli göz...

Məşhur cütlüyün ayrılma səbəbi bəlli oldu

 Türkiyəli sənətçilər Hande Erçel və Murat Dalkılıçın ayrılma səbəbi bəlli olub. Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar üç illik...

Azərbaycanlı müğənni nişanlandı - FOTOLAR

 Xanəndə Kamilə Nəbiyeva nişanlanıb. Sfera.az xəbər verir ki, sənətçinin nişan mərasimi ötən gün evində baş tutub. Nişandan şəkillərini izləyiciləri ...