Aygün Kazımova Brilliant Dadaşovanı “ağ yuyub, qara sərdi” - BÖYÜK QALMAQAL

Aygün Kazımova Brilliant Dadaşovanı “ağ yuyub, qara sərdi” - BÖYÜK QALMAQAL

 

Xalq artisti Aygün Kazımova ATV-nin "5-ci element” verilişində həmkarı, Xalq artisti Brilliant Dadaşovanı "ağ yuyub, qara sərib”.

Publika.az xəbər verir ki, pop-diva bir müddət öncə eyni proqramda həmkarının onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib: "Brilliant deyir ki, güya mənim konsertimə gələn olmayıb, mən jurnalistləri də götürüb, onun tamaşaçılarla dolu konsert zalına gəlmişəm. Dolu zalın fonunda şəkil çəkdirib, demişəm ki, bu, mənim konsertimdir. Adama deyərlər, səndən soruşan var, ayın neçəsidir? Şərləmək, böhtan atmaq lazım deyil. Mən həmin vaxt konsert verməmişəm. Turkiyədən dostum Mərd qonaq gəlmişdi, mən onu götürüb Brilliantın konsertinə apardım. Baxmayaraq ki, o, məni heç konsertinə dəvət etməmişdi, amma mən biletlər aldım və qonağımı ora apardım, həm də həmkarıma xeyir verdim. Bu gün də hər hansı bir qonağım gəlsə, həmin gün kimin konserti olarsa, bilet alıb, onun konsertinə apararam”.

A.Kazımova həmin konsertdə hamının onun başına yığışdığını və Brilliantın kölgədə qaldığını, buna görə də məhz belə yalan danışdığını deyib.

Pop-diva həmkarı və keçmiş rəifqəsi Zülfiyyə Xanbabayeva ilə də küsülü olmasını Brililantla əlaqələndirib. Bildirib ki, həmin ərəfədə Z.Xanbabayeva rəfiqəsi kimi onu müdafiə etmədiyi üçün dostluqlarına son qoyulub.

Qeyd edək ki, bir müddət öncə sözügedən proqramda qonaq olan xalq artisti Brilliant Dadaşova demişdi ki, Aygün Kazımova konsert zamanı salonu doldura bilməyib, pərtliyini ört-basdır etmək üçün həmin gün onun verdiyi konsert salonuna gələrək fotolar çəkdirib, deyib ki, güya bu onun öz konsertindən olan fotolardır.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...