“Ay Qonşu” restoranı cərimələnib - TAM SİYAHI

“Ay Qonşu” restoranı cərimələnib - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 377 ictimai iaşə obyektində 635 monitorinq keçirib.

AQTA-dan Sfera.az-a verilən məlumata görə, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Səməd Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs "Henry Sour Agency” MMC-yə məxsus "Henry Sour Agency” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, İzmir küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Şıxsəid Qurban oğluna məxsus "Ay Qonşu” restoranı;

3. Bakı şəhəri, Qaradağ ‎rayonu, Seyidov küçəsi 62c ünvanında yerləşən, fiziki şəxs Abbasova Sevinc Sabir qızına məxsus çay evi;

4. Mingəçevir şəhəri, Hüseynov küçəsi 11 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus "Sərin otel” kafesi;

5. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Mirzəliyev Məhəmməd Ceyhun oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazir könüllülərlə birgə sahilyanı ərazini zibildən təmizlədi

Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 18-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və "Təmi...

Şuşada 2 erməni hərbçisi yaralanıb? - Rusiya Müdafiə Nazirliyindən AÇIQLAMA

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqlarını yerinə yetirməkdə davam edir". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasi...

Tələbələrin qeydiyyat müddəti uzadıldı

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən...

Respublika Klinik Uroloji Xəstəxanasına direktor təyin edildi

Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev "Akademik M....

Həmyerlimiz İranda ermənipərəst iranlını belə SUSDURDU - VİDEO

Həmyerlimiz İranda ermənipərəst iranlını necə deyərlər ağzının payını verib. Sfera.az xəbər verir ki, İranın İsfahan şəhərində otellərin birində bayrağımı...

Polad Bülbüloğlu: "Hər il Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək"

"Bu gün olduğu kimi, hər il Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək". Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın Rusiyadakı...